Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-478/2025 24.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Tələbkar: Tələbkar Borclu: Borclu iştirakı ilə Şəmkir Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli 2(076)-803/2025 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli 2(076)-803/2025 saylı icra sənədinə əsasən Şamil, Əsmər və Şahmar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu icra sənədində göstərilən borcunu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Borclu izahatında göstərdi ki, icra sənədindən məlumatı yoxdur, icra məmuru bu barədə ona məlumat verməmişdir. Odur ki, təqdimatın rədd edilməsini məhkəmədən xahiş edir. Tələbkar məhkəmə iclası zamanı təqdimat üzrə qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli 2(076)-803/2025 saylı icra sənədinə əsasən Şamil, Əsmər və Şahmar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılmışdır. İş materiallarında xx.xx.2025-ci il tarixli “tələbin könüllü icra edilməsi barədə bildiriş” olsa da, həmin bildirişin borcluya göndərilməsi, habelə bildirişin borclu tərəfindən əldə edilməsini təsdiq edən poçt qəbzi və ya hər hansı digər sənəd, eləcə də borcluya xəbərdarlıq göndərilməsi aşkar olunmamışdır. Bu hal isə onu deməyə əsas verir ki, icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlanılsa da, ötən müddət ərzində icra məmuru bununla bağlı borcluya heç bir bildiriş və ya xəbərdarlıq göndərməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri icra məmuru üçün məcburi icra tədbirlərinin tətbiqi əsaslarını, icra tədbirlərinin siyahısını müəyyən etmişdir. İcra məmuru hazırki icra sənədinin icrası zamanı Qanunun 44.2-ci və 84-1.1-ci maddələrinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş bildirişin borclu tərəfindən alınıb-alınmamasını yoxlamadan, buna dair təsdiq edici sənəd əldə etmədən, o cümlədən borclunun əmlakının olub-olmaması kifayət qədər araşdırılmadan qeyd olunan normaların tələblərini pozaraq əsas yaranmadan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat vermişdir. Beləliklə, məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43, 44 və 84-1-ci maddələrinin tələbləri baxımından nəzərdən keçirərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair hazırki təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268-ci maddələrini və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli 2(076)-803/2025 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(076)-478/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-478/2025
24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver