Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-48/2025 14.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-322/2017 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkar X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-322/2017 saylı icra sənədinə əsasən, Borclu X1 doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Dilarə adlı uşağın atası hesab edilməsi, 22 noyabr 2016-cı ildən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Dilarə adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu hər ay uşağa görə 90 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bu barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə tələbkar X4 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)- 322/2017 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-322/2017 saylı icra sənədinə əsasən, Borclu X1 doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Dilarə adlı uşağın atası hesab edilməsi, 22 noyabr 2016-cı ildən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Dilarə adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu hər ay uşağa görə 90 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, cavabdeh Borclu 15 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır, lakin icra edilməmişdir. Həmin qətnamənin icra edilməsi üçün icra vərəqəsi verilməsini xahiş edir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə icra məmurunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Borclu izahatında bildirdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-322/2017 saylı icra sənədinə əsasən, Borclu X1 doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Dilarə adlı uşağın atası hesab edilməsi, 22 noyabr 2016cı ildən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Dilarə adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu hər ay uşağa görə 90 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İcra sənədinin icra edilməsi ilə əlaqədar ona bildiriş göndərilməmişdir və aidiyyəti orqanlara çağırılmamışdır. Odur ki tələbkar X2 hazırki ərizəsi əsasız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-322/2017 saylı icra sənədinə əsasən, Borclu X1 doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Dilarə adlı uşağın atası hesab edilməsi, 22 noyabr 2016-cı ildən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Dilarə adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu hər ay uşağa görə 90 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, cavabdeh Borclu 15 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)- 322/2017 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi icra olunması üçün şöbənin icraatına daxil olmamışdır. Göründüyü kimi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-322/2017 saylı qətnaməsinin icraya yönəldilməsi və icra edilməsi ilə əlaqədar Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icraatında aidiyyəti material olmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra hərəkətləri üzrə tələbkarın üstün maraqları qorunmalıdır. Beləliklə, iş materiallarına və digər sübutlara əsasən müəyyən olunur ki, şikayət əsaslı olduğundan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-322/2017 saylı icra sənədi təkrar icraya yönəldilməlidir . Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264, 266, 268, 269–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-322/2017 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-48/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-48/2025
14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver