Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-482/2025 29.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Məhkəmə iclasının katibi Həşimov Ağaxan Habil oğlunun katibliyi, Şəmkir Rayon Məhkəməsinin 1(076)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə üzrə Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması»na dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru 2-ci dərəcəli ədliyyə qulluqçusu X2 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru 2-ci dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 1(076)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyana görə 1500 (bir min beş yüz) manat məbləğində pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu mülki cavabdehlər X1 və Borclu müştərək qaydada alınıb mülki iddiaçı Tələbkar1, 6715 (altı min yeddi yüz on beş) manat məbləğində pul və ödənilmiş 87.15 (səksən yeddi manat on beş qəpik) manat dövlət rüsumu mülki cavabdehlər X1 və Borclu müştərək qaydada alınıb mülki iddiaçı Tələbkar2 və 800 (səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu mülki cavabdeh X1 alınıb mülki iddiaçı Tələbkar3 verilməsi hökm edilmişdir. İcra sənədi üzrə hazırda borc məbləği 7632.15 manat təşkil edir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Şəmkir rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, icra sənədi üzrə öhdəliyi yerinə yetirməmişdir. İcra sənədini icra etmək məqsədilə Borclu adına sorğular verilmiş və borclunun adına daşınar və daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar aşkar olunmamışdır. “Elektron icra” informasiya sistemindən vətəndaşlar haqqında məlumat portalından çıxarışa əsasən Borclu ölkəni mütəmadi olaraq tərk edir. Həmin ölkəyə gedibgəlməklə sonuncunun oradan uzun müddət qayıtmayacağı və beləliklə də Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 1(076)-12/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasından yayınacağı ehtimalı vardır. Belə olan halda məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda cavabdeh tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və “İcra haqqında ” Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq, iş üzrə Borclu xx.xx.1984-cü il tarixdə Şəmkir rayon, Çinarlı qəsəbəsi ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Şəmkir rayon İcra və probasiya şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və 127/2025 saylı icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş: Şəmkir Rayon Məhkəməsinin 1(076)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyana görə 1500 (bir min beş yüz) manat məbləğində pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu mülki cavabdehlər X1 və Borclu müştərək qaydada alınıb mülki iddiaçı Tələbkar1, 6715 (altı min yeddi yüz on beş) manat məbləğində pul və ödənilmiş 87.15 (səksən yeddi manat on beş qəpik) manat dövlət rüsumu mülki cavabdehlər X1 və Borclu müştərək qaydada alınıb mülki iddiaçı Tələbkar2 və 800 (səkkiz yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu mülki cavabdeh X1 alınıb mülki iddiaçı Tələbkar3 verilməsi hökm edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan və həmin tarixli könüllü icra bərədə bildirişdən görünür ki, iş üzrə icraat başlanılmış və Borclu icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra ilə bağlı təklif edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinin tələblərinə görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1-ci bəndinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Təlimatın 2.2-ci bəndinə görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnəbiləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 231, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-482/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-482/2025
29.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver