Məhkəmə qərarları › İş №8(076)-484/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-484/2023

27.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-484/2023 27.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 oğlunun iştirakı ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1298/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 33611,90 manat məbləğində pul alınaraq Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Borclu tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin icra sənədində göstərilən tələb təmin olunmamışdır. Məcburi icra tədbirləri zamanı Borclu adına Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsi-71 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən ********** qeydiyyat nömrəli və **********64-10301 reyestr nömrəli ümumi sahəsi 181 ha olan fərdi yaşayış evinin üzərinə həbs qoyulması məhkəmədən xahiş edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi başqa məcburi icra tədbirlərinin nəticə vermədiyini, Borclu icra sənədi üzrə tələbi təmin etmədiyi üçün əmlak vəziyyətinin yoxlanıldığını və borclunun adına Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsi-71 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, **********64-10301 reyestr nömrəli ümumi sahəsi 181 ha olan fərdi yaşayış evinin qeydiyyata alındığının müəyyən edildiyini və həmin əmlakların üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 məhkəmə iclasında göstərmişdir ki, Borclu könüllü olaraq məhkəmə sənədini icra etməkdən boyun qaçırmışdır. Nəticədə borclunun əmlak vəziyyətini yoxlamış və Borclu məxsus Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsi-71 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin və ünvan 2 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, **********64-10301 reyestr nömrəli ümumi sahəsi 181 ha olan fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Ona görə də hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar MMC-nə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu dinləyib, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 1298/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu cəmi 33611,90 manat məbləğində pul alınaraq Tələbkar MMC-yə verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1298/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icraata qəbul olunmuş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Borclu mülkiyyətində Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsi-71 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, **********64-10301 reyestr nömrəli ümumi sahəsi 181 ha olan fərdi yaşayış evi vardır. Beləliklə, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Borclu qeyd edilən icra vərəqəsi üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin «Tələbin könüllü icrası haqqında bildiriş»ində göstərilən tələbi üzrlü səbəb olmadan icra etməmiş və icra orqanının ona edilmiş xəbərdarlığına da məhəl qoymayaraq icra sənədində göstərilmiş tələbi yerinə yetirməkdən boyun qaçırmışdır. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 44.1.3.-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddəti keçməsi məburi icra tədbirlərinin tətbiqinin əsası ola bilər. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən əsaslı olduğundan qismən təmin edilməli və Borclu mülkiyyətində olan Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsi-71 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 43.1.1. və 44.1.3.-cü maddələrini və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı qismən təmin edilsin. Borclu mülkiyyətində olan Şəmkir şəhəri, Nəriman Nərimanov küçəsi-71 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar