Məhkəmə qərarları › İş №8(076)-487/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-487/2023

21.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-487/2023 21.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-509/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Şəmkir rayon İcra və Probasoiya şöbəsinin icra məmurunun təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 2(076)-509/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməsi qət edilmişdir. Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəməyə ərizə ünvanlayaraq Borclu məcburi gətirilməsi barədə təqdimatı və ona əlavə olunmuş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən göndərilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, İcra və Probasiya şöbəsinin icra məmuru Ayaz Hüseynov tərəfindən Şəmkir Rayon Məhkəməsinin 2(076)-509/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatın və ona əlavə olunmuş sənədlərin geri qaytarılması xahiş edildiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir Rayon Məhkəməsinin 2(076)-509/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə, Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ayaz Hüseynov tərəfindən verilmiş təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar