Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-488/2023 21.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi ilə, İcra sənədi üzrə borclu X2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-3636/2016 saylı məhkəmə qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-3636/2016 saylı məhkəmə qətnaməsinə əsasən borclular Nəbiyev Turan Şamil oğlundan və X1 13955,83 ABŞ dolları məbləğində pulun tutularaq Tələbkar QAS-nin hesabına ödənilməsi qət edilmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-3636/2016 saylı qətnaməsi ilə ondan və Nəbiyev Turan Şamil oğlundan əsas müştərək qaydada cəmi 13955.83 ABŞ dolları məbləğində kredit borcunun tutularaq Tələbkar QSC-nin hesabına ödənilməsi qət edilmişdir. O, digər borclu Nəbiyev Turan Şamil oğluna kredit götürərəkən zamin durmuşdur. Turan Nəbiyev kredit borcunu ödəmədiyi üçün onun pensiyasının 50 faizinə icra məmuru tərəfindən yönəltmə edilmişdir. O, şəkər xəstəsidir, aldığı pensiyanın 50 faizini bank tərəfindən tutulduqdan sonra dərmanlarını almağa pulu çatdıra bilmir. Ona görə də, hazırki, ərizə ilə məhkəməyə müraciət edərək borcunun hissə-hissə hər ay pensiyasının 25 faizi tutulmaqla icra olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə, Tələbkar QSC-nə və borclu X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tələbkarın nümayəndəsinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-3636/2016 saylı məhkəmə qətnaməsindən görünür ki, borclular Nəbiyev Turan Şamil oğludan və X1 13955,83 ABŞ dolları məbləğində pulun tutularaq Tələbkar QAS-nin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə qeyd edir ki, hazırda məhkəmə qətnaməsi ilə ərizəçi (borclular) X4 tərəfindən qətnamənin hissə-hissə ilə, yəni əmək haqqının ayda 25 faizdən çox olmamaqla tutulmasına dair ərizə versə də, əmlak vəziyyətinə və digər hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin hissə-hissə icrasına, yəni borclu X2 pensiyasının 25 faizdən çox olmamaqla ödəməsinə əsaslar mövcud deyildir və bu səbəbdən ərizə əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-3636/2016 saylı məhkəmə qətnaməsi tərəfindən hissə-hissə, yəni əmək haqqının ayda 25 faizi olmaqla tutulması barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-488/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-488/2023
21.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver