Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-489/2023 21.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-2625/2017 saylı icra sənədinə əsasən Borclu 600 manat və 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar xx.xx.2023-ce il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-20/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “QAZ-33021” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-2625/2017 saylı icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmış və buna görə də Borclu məxsus olan “QAZ-33021” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini məqsədəuyğun hesab edir. Qeyd olunanlara əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq Borclu məxsus olan “QAZ-33021” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, tələbkar "xxxx" ASC-nin nümayəndəsi və Borclu lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)- 2625/2017 saylı icra sənədinə əsasən Borclu 600 manat və 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 8(076)-20/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus olan “QAZ-33021” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə yaranmış zərurət aradan qaldırıldığından Borclu məxsus “QAZ-33021” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus “QAZ-33021” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilsin. Qərardadın icrası Şəmkir rayon İcra və Şöbəsinə həvalə edilsin. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-489/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-489/2023
21.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver