Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-490/2023 21.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-970/2023 saylı icra sənədi üzrə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-970/2023 saylı icra sənədində Borclu cəmi 3097,89 manat məbləğində pul vəsaitinin və 50,98 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" ASC-yə və Şəmkir rayon məhkəməsinin 2(076)- 1494/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3213,58 manat və 52,54 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu borcu hazırda cəmi 6416 manat təşkil etdiyini, həmin borcunu ödəmədiyini və ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkarlar "xxxx" ASC-nə, "xxxx" KB ASC-nə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarların nümayəndələrinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-970/2023 saylı icra sənədinə əsasən Borclu cəmi 3097,89 manat məbləğində pul vəsaitinin, 50,98 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" ASC-yə və Şəmkir rayon məhkəməsinin 2(076)-1494/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3213,58 manat məbləğində pulun və 52,54 manat dövlət rüsumunun tutularaq tələbkar "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 970/2023 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 1494/2023 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-970/2023 saylı və Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 1494/2023 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə, habelə müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq, o, icra sənədinin icrasından yayınaraq icradan boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin (borclunun) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Təqdimat təmin edilsin. Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-970/2023 saylı və 2(076)-1494/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ tələbkara olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-490/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-490/2023
21.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver