Məhkəmə qərarları › İş №8(076)-497/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-497/2023

25.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-497/2023 25.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilib Şəmkir Rayon Məhkəməsinin 2(076)-1975/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin yenidən icraya yönəldilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilib Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1975/2021 saylı, 02 avqust 2021-ci il tarixli icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1975/2021 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 25 iyun 2021-ci il tarixdən başlayaraq, 10 aprel 2017-ci ildə doğulmuş X6 və 26 may 2018-ci ildə doğulmuş X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğuində aliment alınıb iddiaçı ona verilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh başqa rayonda qeydiyyatda olduğu üçün icra vərəqəsi sonradan Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sonradan cavabdeh onu aldadaraq onunla barışmaq istədiyini bildirmişdir. Lakin bir müddət sonra cavabdehin onunla barışmaq fikri olmadığını, yalnız aliment ödəməməsi üçün onunla barışdığını bilmişdir. O bu səbəbdən ərizə verərək icra vərəqəsinin icraatına xitam verilməsinə razı olmuşdur. Bu günə kimi cavabdeh uşaqlarına heç bir maddi yardım etməmişdir. Cavabdehlə aralarında heç bir barışıq sazişi olmamışdır. Hazırda uşağların maddi təminatı üçün alimentə ehtiyacı vardır. Odur ki, məhkəmədən Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilib, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1975/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə icra və probasiya şöbəsinin icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1975/2021 saylı qətnaməsinə əsasən cavabdeh Borclu 25 iyun 2021-ci il tarixdən başlayaraq, 10 aprel 2017-ci ildə doğulmuş X6 və 26 may 2018-ci ildə doğulmuş X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğuində aliment alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və iş üzrə müvafiq icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmişdir. Qətnamə icraya yönəldikdən sonra icra sənədi tələbkarın ərizəsinə əsasən Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra vərəqəsinin icraatına xitam verilmişdir. Tələbkar izahatında borclu ilə barışıb ailəsini bərpa etdiyini bildirmiş və bu səbəbdən də o, icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmiş, lakin xeyli müddət keçməsinə baxmayaraq borclunun onunla barışmaq fikri olmadığını və aliment ödəməkdən yayınması üçün onu aldatdığını bildimişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailə münasibətləri davam edən münasibətdir, uşaqların maddi təminatı baxımından aliment qətnaməsinin icrasına zərurət yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Belə olan halda məhkəmə hesab edir ki, “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin 21 iyun 2022ci il tarixli qərarı ləğv edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1975/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə yenidən icra vərəqəsi verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin 21 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1975/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi üzrə təkrar icra vərəqəsi verilsin. Alimentin tutulması qərardad qanuni qüvvəsini aldığı gündən hesablansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar