Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-498/2023 25.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, X1 iştirakı ilə X1 Şəmkir Rayon Məhkəməsinin 2(076)-1162/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin yenidən icraya yönəldilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1162/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1162/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu ilə alimentin məhkəmədən kənar ödənilməsi ilə bağlı aralarında razılaşmışlar. Bu səbəbdən də o, icra vərəqəsinin məhkəməyə qaytarılması barədə İcra Şöbəsinə ərizə vermişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq borclu alimenti hazırki vaxtadək ödəməmiş və onu aldatmışdır. Borclu ilə aralarında heç bir barışıq sazişi olmamışdır. Hazırda uşağın maddi təminatı üçün alimentə ehtiyacı vardır. Odur ki, məhkəmədən Şəmkir Rayon Məhkəməsinin 2(076)-1162/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə icra orqanının nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1162/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən üç uşağın saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment alınaraq X2na verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və iş üzrə müvafiq icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmişdir. Qətnamə icraya yönəldikdən sonra icra sənədi tələbkarın ərizəsinə əsasən Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə geri qaytarılmışdır. Tələbkar izahatında borclunun hər ay övladı üçün kəsilən alimenti könüllü ödəyəcəyini bildirdiyini, o isə borcluya inanaraq razılaşdığını və bu səbəbdən də o, icra vərəqəsinin məhkəməyə qaytarılması barədə İcra Şöbəsinə ərizə verdiyini, lakin xeyli müddət keçməsinə baxmayaraq borclunun alimenti hazırki vaxtadək ödəmədiyini və onu aldatdığını bildimişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ailə münasibətləri davam edən münasibətdir, uşaqların maddi təminatı baxımından aliment qətnaməsinin icrasına zərurət yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Belə olan halda məhkəmə hesab edir ki, “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Şəmkir Rayon Məhkəməsinin 2(076)-1162/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsi üzrə yenidən icra vərəqəsi verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1162/2023 saylı, 13 aprel 2023-cü il tarixli qətnaməsi üzrə təkrar icra vərəqəsi verilsin. Alimentin tutulması qərardad qanuni qüvvəsini aldığı gündən hesablansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-498/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-498/2023
25.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver