Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-499/2023 27.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi İbrahimova Türkan Qulu qızının katibliyi ilə Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-983/2021 saylı icra sənədi üzrə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-983/2021 saylı icra sənədində əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 140 manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməsi qət edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu aliment borcunun hazırda 936 manat təşkil etdiyini və həmin borcunu ödəmədiyini və ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, Tələbkar və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-983/2021 saylı icra vərəqəsindən görünür ki, Borclu hər ay bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 140 manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)- 983/2021 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə, habelə müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq, o, icra sənədinin icrasından yayınaraq icradan boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin (borclunun) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Təqdimat təmin edilsin. Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-983/2021 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ tələbkara olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-499/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-499/2023
27.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver