Məhkəmə qərarları › İş №8(076)-5/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-5/2025

09.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-5/2025 09.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(076)-1673/2012 saylı icra sənədinə əsasən, Borclu cəmi 2500 ABŞ dolları məbləğində pul vəsaiti alınıb Tələbkar ödənilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını göstərib ona məxsus olan, “MERCEDES BENZ E320” markalı **-GL- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(076)-201/2022 saylı qərardadı ilə həmin təqdimat təmin edilərək Borclu məxsus “MERCEDES BENZ E320” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəməyə borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimat verərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(076)-201/2022 saylı icra sənədinin icrası ilə bağlı zərurət aradan qalxmışdır. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, borclunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki. Borclu icra sənədi üzrə borcunu tam yerinə yetirdiyindən tələbkar, borclunun barəsində olan işə xitam verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(076)-1673/2012 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Borclu məxsus “MERCEDES BENZ E320” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus “MERCEDES BENZ E320” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilsin. Qərardadın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hakim: Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar