Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-500/2025 06.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin borclunun məcburi gətirilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli e-2(076)-1689/2025 saylı qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2024-cü il tarixli, GTZK9455204B299 saylı kredit müqaviləsinə əsasən 2100 manat əsas, 590.44 manat faiz, cəmi 2690.44 (iki min altı yüz doxsan manat qırx dörd qəpik) manat məbləğində borcun, xx.xx.2024-cü il tarixli, BBUM5970107B142 saylı kredit kartına dair müqaviləyə əsasən 400 manat əsas, 78.51 manat faiz, cəmi 478.51 (dörd yüz yetmiş səkkiz manat əlli bir qəpik) manat borcun və ödənilmiş 51.69 (əlli bir manat altmış doqquz qəpik) manat pul tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəya minmiş və icraya yönəlmişdir. Məhkəmə qətnaməsini icra edən Şəmkir Rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli e-2(076)-1689/2025 saylı icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2024-cü il tarixli, GTZK9455204B299 saylı kredit müqaviləsinə əsasən 2100 manat əsas, 590.44 manat faiz, cəmi 2690.44 (iki min altı yüz doxsan manat qırx dörd qəpik) manat məbləğində borcun, xx.xx.2024-cü il tarixli, BBUM5970107B142 saylı kredit kartına dair müqaviləyə əsasən 400 manat əsas, 78.51 manat faiz, cəmi 478.51 (dörd yüz yetmiş səkkiz manat əlli bir qəpik) manat borcun və ödənilmiş 51.69 (əlli bir manat altmış doqquz qəpik) manat pul tutularaq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Şəmkir rayonu, Düzqışlaq kəndinə göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. İcra sənədi üzrə borc 3220.64 manat təşkil edir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə müəyyən olunur ki, Borclu Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025ci tarixli e-2(076)-1689/2025 saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişin şəxsən borclu tərəfindən alınması və ya ailə üzvlərinə təqdim edilməsi, poçt vasitəsi ilə borcluya göndərilməsinə dair heç bir sübut icra işində olmamaqla yanaşı, məhkəmə iclasında inzibati işə baxılarkən də icra məmuru tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqdimat əsaasız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrinirəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəmkir rayon İcra və Probasiya Şöbəsinin Borclu məcburi gətirilməsi haqqında təqdimatı əsaasız olduğundan təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-500/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-500/2025
06.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver