Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-501/2025 07.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi, Şəmkir Rayon 1 Saylı Dövlət Notariat Kontorunin 8İ-7879 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədi üzrə Borclu barəsində “Borclunun məcburi gətirilməsi” haqqında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon 1 Saylı Dövlət Notariat Kontorunin 8İ-7879 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə əsasən Borclu GTZK0496195C299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1925.15 (min doqquz yüz iyirmi beş manat on beş qəpik) manat borc tutularaq Tələbkar ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin icra qeydi icra edilməsi üçün icraya yönəldilmişdir. İcra qeydinin icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon 1 Saylı Dövlət Notariat Kontorunin 8İ-7879 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə əsasən Borclu GTZK0496195C299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1925.15 (min doqquz yüz iyirmi beş manat on beş qəpik) manat borc tutularaq Tələbkar ASC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2025-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Şəmkir rayonu, Dəllər Cırdaxan kəndidə göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Hazırda icra sənədi üzrə borc 1950.15 manat təşkil edir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və Şəmkir Rayon 1 Saylı Dövlət Notariat Kontorunin 8İ-7879 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədini nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş: Şəmkir Rayon 1 Saylı Dövlət Notariat Kontorunin 8İ-7879 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə əsasən Borclu GTZK0496195C299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1925.15 (min doqquz yüz iyirmi beş manat on beş qəpik) manat borc tutularaq Tələbkar ASC-yə ödənilməsi qərara alınmış, lakin, borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxamayaraq, o öhdəliyini yerinə yetirməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2–ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnəbiləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü borclu Əliyev X1 Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Azərbaycan Respublikası MPM–in 231, 287–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü borclu Əliyev X1 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Şəmkir Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-501/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-501/2025
07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver