Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-502/2023 04.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkməsinin 2(076)-2907/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 380 manat məbləğində pul və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Hazırda icra sənədi üzrə borc 380 manat məbləğində pul və 20 manat dövlət rüsumu təşkil edir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq təşkilatlara tərəflərindən sorğular göndərilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu adına Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən ********** qeyydiyat nömrəli **********36 reyestr nömrəli ümumi sahəsi 0.06 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, icra sənədi üzrə Borclu adına Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən ********** qeyydiyat nömrəli **********36 reyestr nömrəli ümumi sahəsi 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması məhkəmədən xahiş edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə, tələbkar "xxxx" MMC-nə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın nümayəndəsinin və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqdimata əlavə edilmiş sənədlərlə borcluya tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq məktubu göndərilməsi müəyyən edilməmişdir. Məhkəmə o qənaətə gəlir ki, icra məmuru borcluya bildiriş və xəbərdarlıq məktubu göndərmədən, həmin məktubların, borclu tərəfindən alınıb-alınmamasını yoxlamadan, buna dair təsdiqedici sənəd əldə etmədən borclunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimat vermişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Odur ki, məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərdən keçirərək hesab edir ki, borclunun əmlakı üzərinə həbs qoyulmasına dair hazırki təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 231, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin Borclu adına olan Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən ********** qeyydiyat nömrəli **********36 reyestr nömrəli ümumi sahəsi 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-502/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-502/2023
04.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver