Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-511/2023 05.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, Borclu Tələbkar2 iştirakı ilə İcra sənədi üzrə borclu Tələbkar2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-4273/2017 saylı məhkəmə qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-4273/2017 saylı qətnaməsinə əsasən borclu Tələbkar2 2859,25 manat məbləğində kredit borcunun tutularaq tələbkar Ləğv prosesində olan Tələbkar1 ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Tələbkar2 ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-4273/2017 saylı məhkəmə qətnaməsinə əsasən ondan 2859,25 manat məbləğində kredit borcunun tutularaq tələbkar Ləğv prosesində olan Tələbkar1 ASC-nin hesabına ödənilməsi qət edilmişdir. O, hər ay 280 manat məbləğində pensiya alır, aldığı pensiya pulu ilə özünün və himayəsində olan 5 nəfərdən ibarət ailəsinin maddiyatını təmin etməyə çalışır. İcra məmuru tərəfindən onun pensiya hesabından hər ay 150 manat borcuna görə tutularaq bankın hesabına ödənilir. Ona görə də, icra məmuru tərəfindən pensiyasından tutulmanın azaldılaraq hər ay 10 faizi məbləğində tutularaq bankın hesabına ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar2 ərizəsinin məzmununa uyğun çıxış edərək ərizənin təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə və tələbkar Ləğv prosesində olan Tələbkar1 ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq icra məmuru və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tələbkarın nümayəndəsinin və Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-4273/2017 saylı məhkəmə qətnaməsinə əsasən borclu Tələbkar2 2859,25 manat məbləğində kredit borcu tutularaq tələbkar Ləğv prosesində olan Tələbkar1 ASCnin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə qeyd edir ki, hazırda məhkəmə qətnaməsi ilə ərizəçi (borclu) Tələbkar2 qətnamənin hissə-hissə, yəni əmək haqqının ayda 10 faizdən çox olmamaqla tutulmasına dair ərizə versə də, əmlak vəziyyətinə və digər hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin hissəhissə icrasına, yəni borclu Tələbkar2 pensiyasının 10 faizdən çox olmamaqla tutulmasına dair əsaslar mövcud deyildir və bu səbəbdən ərizə əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263, 264, 267, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-4273/2017 saylı məhkəmə qətnaməsinin hissə-hissə, yəni əmək haqqının ayda 10 faizi olmaqla tutulması barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-511/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-511/2023
05.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver