Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-515/2023 06.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəyal Verdiyevin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəyal Verdiyev borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2734/2018 saylı icra sənədinə əsasən borclular X3 və X1 müştərək qaydada cəmi 2458,31 ABŞ dolları məbləğində borc və 20 manat dövlət rüsumu alınaraq tələbkar BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar xx.xx.2018-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-174/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu X4 məxsus olan “VAZ-21013” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2734/2018 saylı icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmış və buna görə də X4 məxsus olan “VAZ-21013” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəmkir rayon İcra və Probasiya şöbəsinə, tələbkar BOKT "xxxx" MMC-nə və borclu X4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Şəmkir rayon İcra və Probasiya şöbəsinə icra məmurunun, tələbkar BOKT "xxxx" MMC-nin nümayəndəsi və borclu X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 8(076)-174/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu X4 məxsus olan “VAZ-21013” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan BOKT "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2734/2018 saylı məhkəmə əmri üzrə borc tam ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə yaranmış zərurət aradan qaldırıldığından borclu X4 məxsus “VAZ-21013” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Borclu X4 məxsus “VAZ-21013” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilsin. Qərardadın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-515/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-515/2023
06.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver