Məhkəmə qərarları › İş №8(076)-518/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-518/2024

16.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-518/2024 16.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi: X4 X1 iştirakları ilə, X1 Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(076)-2627/2018 saylı qanuni qüvvədə olan məhkəmə əmrinin hissə-hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(076)-2627/2018 saylı məhkəmə əmrinə əsasən, xx.xx.1973-cü il tarixdə ünvan 1 ünvanında yaşayan borclu X5 əsas borc üzrə 5114.36 manat və 20.40 manat dövlət rüsumu olmaqla cəmi 5134.76 manat məbləğində pulun tutularaq kreditor Tələbkar MMC-yə verilməsi qət edilmişdir. Həmin məhkəmə əmri qüvvəyə minmiş və icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda X3 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin 07 iyun 2018-ci il tarixli, 2(076)-2627/2018 saylı məhkəmə əmri üzrə borcunu hissə-hissə ödənilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X8 ərizəsini onunla əsaslandırmışdır ki, o, hal-hazırda xəstədir, açıq ürək əməliyyatı olunmuşdur. Pensiyasının 50 % Azərbaycan Beynəlxalq bankına olan kredit borcuna, digər 50 % isə icra məmurunun tələbi əsasında Tələbkar MMC-yə tutulur. Himayəsində beş nəfər ailə üzvü var və heç biri işləmir. Odur ki 07 iyun 2018-ci il tarixli, 2(076)- 2627/2018 saylı məhkəmə əmri üzrə borcunu hər ay 40 manat olmaq hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi X7 ərizə üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. X3 məhkəmə iclasında ərizəsinin dəlillərini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun izahatını, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, qeyd olunan borc məbləğinin hər ay hisssə-hissə 40 manat olmaqla ödənilməsi tələbkarın mənafeyinə uyğun deyildir. Belə ki, borcla bağlı məhkəmə əmrinin verilməsindən 6 ildən artıq müddət keçmişdir və həmin müddət ərzində tələbkarın borcu ödənilməmişdir. Bu hal isə məhkəmə əmrinin səmərəliliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir və tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Həmçinin, görünür ki, ərizəçinin borc məbləği onun aylıq məvacibinin müəyyən hissəsinə yönəlmişdir və özlüyündə bu xüsusat borcun hissə-hissə ödənildiyini əks etdirir. Ona görə də məhkəmə hesab edir ki, X2 məhkəmə əmrinin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 Şəmkir Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(076)-2627/2018 saylı qanuni qüvvədə olan məhkəmə əmrinin hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar