Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-520/2025 13.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftaləyıev Kənan Nazim oğlunun katibliyi ilə, X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli icra iş üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə X2 Xidmətinin Hüquq idarəsinin şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 Xidmətinin Hüquq idarəsi şikayətlə məhkəməyə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 255669/2024-35-20 nömrəli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti (bundan sonra Xidmət) Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.500 (dörd min beş yüz) manat məbləğində cərimə edilmişdir. Borclu Xidmətin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəmə qaydasında şikayət vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(125)-2098/2024 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Xidmətin Gəncə-Daşkəsən Regional şöbəsi tərəfindən Borclu barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmiş, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.500 (üç min beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-493/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarına əsasən Borclu apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 3(125)-2098/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəmkir rayon İcra və Probasiya şöbəsinin "icraata xitam verilməsi haqqında" xx.xx.2025-ci il tarixli qərarına əsasən Gəncə- Daşkəsən Regional şöbəsi tərəfindən Borclu barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli icra sənədinə xitam verilmişdir. Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(125)-2098/2024 nömrəli qərarına əsasən əsasən Xidmətin Gəncə-Daşkəsən Regional şöbəsi tərəfindən Borclu barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın - icra sənədinin ləğv edilmişdir. Aşağıdakı əsaslara görə hesab edirik ki, Şəmkir rayon İcra və Probasiya şöbəsinin "icraata xitam verilməsi haqqında" xx.xx.2025-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və Xidmətin Gəncə-Daşkəsən Regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə 3.500 (üç min beş yüz) manat məbləğində inzibati cərimənin ödənilməsi təmin edilməlidir. Belə ki, müvafiq məhkəmə qərarından görünür ki, Şəmkir rayon İcra və Probasiya şöbəsinin əsaslandığı yeganə fakt - Xidmətin qərarının ləğv edilməsi həqiqətə uyğun olmamaqla, tam əksinə məhkəmə tərəfindən ləğv edilməmiş, sadəcə cərimənin məbləği müəyyən qədər dəyişdirilmişdir (Gəncə Şəhər Məhkəməsinin 3(125)-2098/2024 saylı qərarı). Bununla yanaşı məhkəmənin həmin qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmişdir (Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-493/2024 saylı qərarı). Beləliklə, işin hallarından müəyyən olunur ki, Xidmətin Gəncə-Daşkəsən Regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməmişdir və hazırda qüvvədədir. Eyni zamanda "İcra haqqında" Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilmiş icra sənədi üzrə icraata xitam vermənin digər əsasları da mövcud deyildir. Buna baxmayaraq Şəmkir rayon İcra və Probasiya şöbəsinin əsassız və qərəzli qərarına görə Xidmətin müvafiq icra sənədi bu günədək icra edilməmişdir. Məhkəmə tələbkarın şikayət ərizəsini, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın şikayəti rədd edilməlidir. Belə ki, iş materialllarında olan, xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli ******* qərar əsasında Borclu 4.500 manat inzibati cərimə edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(125)-2098/2024 nömrəli qərarına əsasən Xidmətin Gəncə-Daşkəsən Regional şöbəsi ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edildiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli ******* icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 3(125)- 2098/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsi tərəfindən Borclu barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməsi və Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Gəncə Apellayasiya Məhkəməsinin 3(104)-493/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 3(125)-2098/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmşdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə 20.1.5. icra sənədi tam icra olunduqda. Belə ki, iş materiallarından görünür ki, inzibati orqan inzibati xətanı törətmiş şəxs barəsində protokol tərtib etmiş və qərar qəbul etmişdir. Daha sonra həmin qərar icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmiş, icra məmuru isə bu qərar əsasında icraata başlamışdır. Lakin sonradan barəsində inzibati icraat aparılan şəxs məhkəməyə şikayət etmiş və nəticədə Gəncə Şəhər Məhkəməsinin qərarı ilə inzibati qərarda tətbiq edilmiş cərimənin məbləği dəyişdirilmişdir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-2098/2024 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən müəyyən edilmiş 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə 3500 (üç min beş yüz) manat məbləğinə dəyişdirilmişdir. Həmin qərar məhkəmə tərəfindən də ayrıca icraya yönəldildiyinə görə (elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumat) icra məmuru ilkin icra sənədinə xitam vermişdir. “İcra Haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Xidmətinin Hüquq idarəsinin Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 255669/2024-35-20 nömrəli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsi barədə şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-520/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-520/2025
13.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver