Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-526/2023 17.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-106/2023 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-106/2023 saylı icra sənədində əsasən Borclu 1500 manat məbləğində pul vəsaiti və 35 manat dövlət rüsumu alınıb Tələbkar verilməsi qət edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu icra sənədi üzrə hal-hazırda tələbkara borcu 1535 manat borc məbləğində təşkil etdiyini, iş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, icra sənədi üzrə öhdəliyi yerinə yetirmədiyini, “Elektron icra” informasiya sistemindən vətəndaşlar haqqında məlumat portalından” çıxarışa əsasən Borclu ölkəni mütəmadi olaraq tərk etdiyinin müəyyən edildiyini, icra sənədini icra etmək məqsədilə Borclu adına sorğular verildiyini və borclunun adına daşınar və daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar aşkar olunmadığını göstərərək xx.xx.1977-ci il tarixdə Ermənistan Vardenis rayonunda doğulmuş, Şəmkir rayonu, Nərmanlı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərmişdir ki, Borclu məhkəmə sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmış, ona görə hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-106/2023 saylı icra sənədində əsasən Borclu 1500 manat məbləğində pul vəsaiti və 35 manat dövlət rüsumu alınıb Tələbkar verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 106/2023 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 92404/2023-12 nömrəli bildirişdən görünür ki, borclu tələbin könüllü icrası haqqında bildirişi şəxsən imza etməklə qəbul etmiş, həmçinin bildirişdə borcluya icra sənədi üzrə tələbi icra etməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması izah edilmişdir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin (borclunun) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Təqdimat təmin edilsin. Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-106/2023 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ tələbkara olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-526/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-526/2023
17.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver