Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-533/2025 05.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi X1, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə xx.xx.2015-ci il tarixli icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə xx.xx.2015-ci il tarixli icra sənədinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizənin giriş və nəticə hissəsi dəqiq müəyyən olunmamış, tələbkar ərizəni giriş hissəsində Gəncə Apellyasiya Məhkəməsinə ünvanlasa da, ərizəni Şəmkir Rayon Məhkəməsinə təqdim etmişdir. Həmçinin, ərizənin nəticə hissəsi dəqiq müəyyən olunmamış, tələbkar ərizənin nəticə hissəsində tələbini konkret olaraq göstərməmişdir. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, tələb qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla tələbkar Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa tələbkar xx.xx.2015-ci il tarixli icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etsə də, həmin icra sənədini və ya müvafiq qətnaməni ərizəsinə əlavə etməmişdir. Belə olan halda tələbkarın hansı icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Belə olan halda ərizə tələbkara geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanları aradan qaldıraraq, ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Eləcə də, tələbkar ərizəsinə əlavə edilən sənədlər siyahısının 1-ci sırasında apellyasiya şikayətinin surətini ərizəsinə əlavə etdiyini qeyd etsə də, iş materiallarında həmin sənəd aşkar olunmamışdır. Bu barədə Şəmkir Rayon Məhkəməsində akt tərtib edilərək imzalanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə xx.xx.2015-ci il tarixli icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsi geri qaytarılsın. Tələbkara izah edilsin ki, qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №8(076)-533/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-533/2025
05.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver