Məhkəmə qərarları › İş №8(076)-54/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-54/2023

03.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-54/2023 03.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir rayonu üzrə İcra İdarəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir rayonu üzrə İcra İdarəsinin icra məmuru İlkin Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-372/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, borclu X4 məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin 2(076)- 372/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq borclu X3 azyaşlılar Bayram və Ruzinin yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 260 manat aliment pulu alınaraq tələbkar X2 ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X6 icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimata əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar borclu X1 rayonu üzrə İcra idarəsinə məcburi gətirilməlidir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-372/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən cavabdeh X3 xx.xx.2018-ci il tarixdən etibarən azyaşlılar Bayram və Ruzinin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu X5 Şəmkir Rayon Məhkəməsinin 2(076)-372/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş “sms” bildirişdən görünür ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar Şəmkir rayonu üzrə İcra İdarəsinə çağırılmışdır. Təqdimata əlavə edilmiş “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclunun məcburi qaydada Şəmkir rayonu üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, borclu X1 Rayon Məhkəməsinin 2(076)- 372/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Şəmkir rayonu üzrə İcra İdarəsinə gəlməkdən, eləcə də icra sənədi üzrə müəyyən edilmiş borcu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Şəmkir rayonu üzrə İcra idarəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan və Şəmkir rayonu, Avtozavod qəsəbəsi, Yeni məhlələrdə yaşayan X1 rayonu üzrə İcra İdarəsinə məcburi gətirilsin. Qərardadın icrası Şəmkir rayonu BPİ-nin 2-ci Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar