Məhkəmə qərarları › İş №8(076)-543/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-543/2025

22.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-543/2025 22.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Məsail oğlunun sədrliyi Xanalıyeva Nuray Fərəc qızının katibliyi Tələbkar iştirakı ilə İddiaçı Səmədzadə (Hüseynova) Aynurə Arzu qızının cavabdeh Borclu qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə icra sənədinin qaytarılması barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(076)-1546/2021 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(076)-1546/2021 saylı qətnaməsi ilə iddiaçı Səmədzadə (Hüseynova) Aynurə Arzu qızının cavabdeh Borclu qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin olunmuş və tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nihakından 23 noyabr 2015-ci ildə anadan olmuş Emiliya adlı uşaq iddiaçı X1 yanında saxlanılmış və 06 may 2021-ci il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay bir uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bundan sonra “Tələbin icra edilmədiyi və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin icra sənədi məhkəməyə qaytarılmışdır. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə Tələbkar ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(076)-1546/2021 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclası zamanı izahatında göstərdi ki, məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra zamanı cavabdeh uşağına baxacağını bildirmış, bu səbəbdən icra şöbəsinə ərizə vermişdir. Onun ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin icra sənədi məhkəməyə qaytarılmışdır. Lakin cavabdeh vədinə əməl etməmiş və uşağına baxmaqdan boyun qaçırmışdır. Hazırda onun həmin alimentə ehtiyacı vardır. Belə olan halda hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(076)- 1546/2021 saylı qətnaməsi təkrar icraya yönəldilməlidir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(076)-1546/2021 saylı qətnaməsi ilə iddiaçı Səmədzadə (Hüseynova) Aynurə Arzu qızının cavabdeh Borclu qarşı nikahın pouzlması və aliment tələbinə dair iddiası təmin olunmuş və tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nihakından 23 noyabr 2015-ci ildə anadan olmuş Emiliya adlı uşaq iddiaçı X1 yanında saxlanılması və 06 may 2021-ci il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay bir uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra hərəkətləri həyata keçirilərkən tələbkarın ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Göründüyü kimi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2021ci il tarixli qərarı ilə tələbkarın ərizəsi əsasında Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2021ci il tarixli 2(076)-1546/2021 saylı icra sənədini məhkəməyə qaytarmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5–ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 23.1.1–ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədinin məhkəməyə qaytarılması üçün hüquqi əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və Şəmkir rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(076)-1546/2021 saylı icra sənədi təkrar icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. “Tələbin icra edilmədiyi və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Səmədzadə (Hüseynova) Aynurə Arzu qızının cavabdeh Borclu qarşı nikahın pozulması və aliment tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(076)-1546/2021 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar