Məhkəmə qərarları › İş №8(076)-549/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-549/2024

23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-549/2024 23.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X2 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1617/2022 saylı icra sənədinə əsasən Borclu 90.786 (doxsan min yeddi yüz səksən altı) manat məbləğində pulun və 371 (üç yüz yetmiş bir) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını göstərib, ona məxsus olan, Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş, Şəmkir Rayon Məhkəməsinin 27 sentyabr 2023–cü il tarixli 8(076)-477/2023 saylı qərardadı ilə həmin təqdimat təmin edilərək Borclu mülkiyyətində olan, Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəməyə borclunun əmlakının həbsdən azad edilməsi barədə təqdimat verərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1617/2022 saylı icra sənədinin icrası ilə bağlı zərurət aradan qalxmışdır. Bu səbəbdən torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, borclunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və Tələbkar nümayəndəsi X1 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Borclu borcunu Tələbkar tam şəkildə ödəmişdir. Hazırda Borclu Tələbkar heç bir borcu qalmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu tərəfindən borc tam şəkildə ödənildiyindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)- 1617/2022 saylı icra sənədinə xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan, Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsi həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan, Şəmkir rayonu, Qaranüy kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli, ümumi sahəsi 2.1331 ha olan torpaq sahəsi həbsdən azad edilsin. Qərardadın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar