Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-549/2025 14.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1, Tələbkar (Sunny Electronics), Borclu qarşı “Ödənilməli olan pul məbləğinin indeksasiyası barədə” tələbkarın ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ : Tələbkar (Sunny Electronics), Borclu qarşı “Ödənilməli olan pul məbləğinin indeksasiyası barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək Şəmkir Rayon Məhkəməsinin 2(076)-3892/2019 saylı, xx.xx.2019-cu il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclu tərəfindən tələbkara ödənilməyən əsas 125 manat məbləğ indeksləşdirilərək 2019-cu il tarixdən - 2025-ci ilin aprel ayınadək 142.8 faiz artımı (125 AZN x 142.8 % = 178.5 AZN) nəzərə alaraq cəmi 303.5 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi(bundan sonra MPM) ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, MPM-in 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki ərizə və ona əlavə edilmiş sənədlərdən Tələbkar (Sunny Electronics), Borclu ödəməli olduğu məbləğin 125 manat olmasını, həmin məbləğin qismən ödənilib ödənilməməsi və ya tam şəkildə icra olunub olunmaması barədə hər hansı təsdiq edici sübut (icra işi) əlavə edilməmişdir. Beləliklə, qeyd edilənlər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tələb qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla da ərizənin forma və məzmununa dair zəruri xüsusatları nəzərdə tutan MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə, ərizə tələbkara geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanları aradan qaldıraraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ödənilməli pul məbləğinin ndeksasiyası barədə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar (Sunny Electronics), Borclu qarşı “Ödənilməli olan pul məbləğinin indeksasiyası barədə”ərizəsi və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılsın. Tələbkara izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №8(076)-549/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-549/2025
14.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver