Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-551/2024 24.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şikayətçi: X2 nümayəndəsi Vəkil Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X5 iştirakı ilə İddiaçı “Azəriqaz” İB–nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icra ödənişinin alınması barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021–ci il tarixli qərarının ləğv edilməsi barədə X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı qətnaməsi ilə iddiaçı “Azəriqaz” İB–nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, 124.536,80 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 iddiaçı “Azəriqaz” İB–nin xeyrinə tutulması qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə borclu X4 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, icra ödənişinin alınması barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021–ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı qətnaməsi ilə iddiaçı “Azəriqaz” İB– nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, 124.536,80 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 iddiaçı “Azəriqaz” İB–nin xeyrinə tutulması qət edilmişdir. Belə ki, onun Şəmkir şəhəri ərazisində istixanası var və qış mövsümündə pomidor məhsulu becərib satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini vaxtlı–vaxtında ödəmişdir. İddiaçı “Azəriqaz” İB–nin ona qarşı olan iddia tələbindən məlumatı olmamışdır. 2021–ci ilin may ayınadək istifadə etdiyi təbii qaza görə “Azəriqaz” İB–nə 124.536,80 manat borcu yaranmışdır. Qeyd olunan borcu, yəni 124.536,80 manat borcun 2021–ci ilin noyabr ayında 62.400 manat və dekabr ayında 62.137 manat olmaqla, iki dəfəyə tam olaraq ödəmişdir. Ona nə məhkəmədən, nə də ki, icra şöbəsindən “Azirqaz” İB–nin iddiası ilə bağlı heç bir bildiriş və ya məktub gəlməmişdir. Məhkəmənin hazırki qətnaməsindən icra şöbəsi tərəfindən torpaq sahəsinin üzərinə satışı ilə bağlı qadağa qoyulması zamanı məlumatı olmuşdur. Bundan sonra dərhal icra şöbəsinə və məhkəməyə müraciət edib qətnamədən və digər sənədlərdən məlumat almışdır. Bir neçə dəfə icra şöbəsinə rəsmi olaraq ərizə ünvanlayıb Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)– 818/2021 saylı qətnaməsi üzrə icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Lakin ərizəsinə cavab verilməmişdir. Gəncə Kommersiya Məhkəməsində olan e–2– 2(115)–818/2021 saylı kommersiya işi ilə tanış olduqda iş materiallarında məhkəmə iclasları barədə ona ünvanlanmış bildirişin və yekun məhkəmə qətnaməsinin alınmasını təsdiq edən sənədin olmamasını müəyyən etmişdir. Gəncə Kommersiya Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmiş və müddət bərpa olunaraq iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024–cü il tarixli 2–2(104)–189/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra işi ilə tanış olduqda işdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş olsa da, lakin həmin sənədlərin ona göndərilməsini təsdiq edən sənəd iş materiallarında olmamışdır. Həmçinin, Şəmkir rayon İcra və Probasiya şöbəsi tərəfindən əmlak üzərinə həbs qoyulması barədə Şəmkir Rayon Məhkəməsinə təqdimat verilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 8(076)–68/2022 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Təqdimatın təmin olunmamasına əsas olaraq icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar, borcluya tələbin könüllü icrası barədə bildiriş, xəbərdarlıq və bu barədə məktubun borcluya təqdim edilməməsi barədə hər hansı bir sübut təqdimata əlavə olunmaması olmuşdur. Göründüyü kimi onun tərəfindən "Azəriqaz” İB–nə olan 124.536,80 manat məbləğində borc nə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı qətnaməsi ilə, nə də ki, Şəmkir rayon İcra və Probasiya şöbəsinin məcburi icra tədbriləri nəticəsində ödənilmişdir. “Azəriqaz” İB–nə olan 124.536,80 manat məbləğində borc mövsümi olaraq, yəni təbii qazın bərpa olunması üçün ödənilmişdir. Həmin qətnamədən isə 2024–cü ilin iyun ayında məlumatı olmuşdur. Göründüyü kimi qeyd olunan borcu hazırki qətnaməyə görə icra idarəsinin tələbinə görə deyil, mövsümə uyğun təbii qazdan istifadə etmək üçün ödəyib təbii qazdan istifadəni bərpa etdirmişdir. Onun qeyd olunan iddia tələbindən məlumatı olsa idi, dərhal borcu ödəyərdi. Hazırda icra şöbəsi onun əmlakarı üzərinə məhdudiyyət qoyaraq ondan icra ödənişi tələb etməkdədir. Yuxarıda qeyd edildiyi kimi onun Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı qətnaməsindən, habelə qətnamə üzrə başlanmış icra hərəkətlərinin həyata keçirilməsindən məlumatı olmamışdır. Eyni zamanda. Şəmkir Rayon İcra və Probasiya Şöbəsi icraata başlamaq haqqında qərarı, tələbin könüllü icrası haqqında bildirişi və digər sənədləri ümumiyyətlə ona rəsmi qaydada təqdim etməmişdir. O, məhkəmə qətnaməsi barədə məlumat əldə edən kimi, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Qeyd edilən borcu isə məhkəmə qətnaməsindən məlumatı olmadan könüllü şəkildə ödəmişdir. Bununla da, ondan icra ödənişinin tələb olunması yolverilməz və qanunsuzdur. Odur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə “icra ödənişinin alınması” barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021–ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şikayətçi X2 nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə etdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxsin Şəmkir şəhəri ərazisində isitlikxanası vardır və qış mövsümündə orada təbii qazdan istifadə edir. Həmin istilikxanada 2021–ci ilin may ayınadək istifadə etdiyi təbii qaza görə “Azəriqaz” İB–nə 124.536,80 manat borcu yaranmış, həmin ilin qış mövsümü ilə əlaqədar, yəni təbii qazın verilməsinin bərpası ilə bağlı olaraq 2021–ci ilin noyabr ayında 62.400 manat, dekabr ayında isə 62.137 manat olmaqla, iki dəfəyə 124.536,80 manat məbləğində borcu tam olaraq ödəmişdir. Bununla belə təmsil etdiyi şəxsin məlumatı olmadan “Azəriqaz” İB–nə Gəncə Kommersiya Məhkəməsində ona qarşı borcun ödənilməsi tələbinə dair iddia qaldırmış və həmin məhkəmənin xx.xx.2021–ci il tarixli, e–2–2(115)– 818/2021 saylı qətnaməsi iddia təmin edilərək, 124.536,80 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 alınıb iddiaçı “Azəriqaz” İB–nin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. İlk öncə qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsində baxılan mülki işdən təmsil etdiyi şəxsin məlumatı olmamış, sonradan həmin işin materialları ilə tanış olduqda da, təmsil etdiyi şəxsin məhkəmə bildirişlərini, habelə məhkəmə qətnaməsini alması sübut olunmamışdır. Həmçinin, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021– ci il tarixli, e–2–2(115)–818/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra işi ilə tanış olduqda, işdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş olsa da, həmin sənədlərin təmsil etdiyi şəxsə göndərilməsini təsdiq edən sənəd icra işində olmamışdır. Buna baxmayaraq, icra məmuru əsassız şəkildə xx.xx.2021–ci il tarixli qərar qəbul edərək X1 8.719,67 manat icra ödənişinin tutulmasını qərara almışdır. Halbuki, təmsil etdiyi şəxs məhkəmə qətnaməsindən və icra sənədindən məlumatı olmadan, özü könüllü şəkildə “Azəriqaz” İB–nə olan borcunu tam şəkildə ödəmişdir. İcra məmurum isə hərəkətsizlik göstərmiş, icra sənədi ilə bağlı borcluya məlumat verməməklə yanaşı, həm də borcun Elşən Məmmədtağıyev tərəfindən ödənilib–ödənilməməsi halını araşdırmamışdır. Həmin hal icra məmuru tərəfindən “əmlak üzərinə həbs qoyulması” barədə təqdimatla məhkəməyə müraciət edilərkən də öz təsdiqini tapmışdır. Belə ki, icra məmuru borclu Elşən Məmmədtağıyev tərəfindən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)– 818/2021 saylı icra sənədinin icra edilməməsini əsas gətirmiş, bu səbəbdən borcluya məxsus avtomobil üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. İşə baxan məhkəmə təqdimat üzrə bütün hallar hərtərəfli və obyektiv araşdırmış, məlum olmuşdur ki, borclunun tələbin könüllü icrası haqqında bildirişi və xəbərdarlığı alması barədə məlumat yoxdur. Bu səbəbdən, yəni icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin, xəbərdarlıq və bu barədə məktubun borcluya təqdim edilməməsi barədə hər hansı sübut olmaması səbəbindən məhkəmə xx.xx.2022–ci il tarixli qərardadla “əmlak üzərinə həbs qoyulması” barədə təqdimatı təmin etməmişdir. Göründüyü kimi icra sənədi barədə təmsil etdiyi şəxsə heç bir məlumat verilməmiş, lakin ondan icra ödənişinin tutulması barədə qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar tamamilə əsassız və qanunsuzdur. Həmin qərarın əsassızlığına bu hal da kifayət edir ki, artıq icra məmuru təqdimatla məhkəməyə müraciət edən zaman mövcud borc tamamilə ödənilmişdir. Lakin icra məmurunun borcun ödənilməsindən məlumatı olmamış, əsassız təqdimatla məhkəməyə müraciət etmişdir. Həmçinin, qeyd edir ki, təmsil etdiyi şəxs 124.536,80 manat məbləğində borcu tam olaraq ödəmiş, lakin məhkəmə qətnaməsində nəzərdə tutulan 30 manat dövlət rüsumunu ödəməmişdir, çünki həmin borc məbləği qətnamə əsasında deyil, borclu tərəfindən könüllü ödənilmişdir. Belə ki, təmsil etdiyi şəxs tərəfindən kifayət qədər böyük məbəğdə, yəni 124.536,80 manat məbləğində borcun ödənilməsi halında, 30 manat dövlət rüsumunun ödənilməməsi ağlabatan deyildir. Həmin rüsumun ödənilməməsi yalnız təmsil etdiyi şəxsin məhkəmə qətnaməsindən məlumatı olmaması səbəbindən baş vermişdir. Bununla belə həmin dövlət rüsumu da təmsil etdiyi şəxs tərəfindən “Azəriqaz” İB–nin hesabına ödənilmişdir. Yuxarıda qeyd etdiyi bütün hallar xx.xx.2021–ci il tarixli qərarın əsassızlığına dəlalət edir. Odur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə “icra ödənişinin alınması” barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021–ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 ərizənin dəlillərini qəbul etmədi və göstərdi ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi xx.xx.2021–ci il tarixdə icra şöbəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmişdir. Bundan sonra müvafiq icra hərəkətləri həyata keçirilmiş, lakin mövcud borc Elşən Məmmədtağıyev ödənilməmişdir. Həmçinin, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bundan sonra tərəfindən xx.xx.2021–ci il tarixli qərar qəbul edilmiş və X1 8.719,67 manat icra ödənişinin tutulmasını qərara almışdır. Hesab edir ki, qərarı əsaslıdır və onun ləğvi üçün əsaslar yoxdur. Belə ki, o, icra zamanı borclunun ünvanında müvafiq bildirişləri və xəbərdarlıq məktubunu göndərmişdir. Lakin borcluya bununla bağlı icra şöbəsinə gəlməkdən yayınmışdır. Odur ki, şikayətin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, borclunun ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2– 2(115)–818/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı “Azəriqaz” İB–nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, 124.536,80 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 iddiaçı “Azəriqaz” İB–nin xeyrinə tutulması qət edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021–ci il tarixli qərarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2– 2(115)–818/2021 saylı icra sənədi üzrə borclu X1 8.719,67 manat icra ödənişinin tutulması qərara alınmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 8(076)–69/2022 saylı qərardadından görünür ki, icra məmuru Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu X3 məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmiş, lakin icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin, xəbərdarlıq və bu barədə məktubun borcluya təqdim edilməməsi barədə hər hansı sübut olmaması səbəbindən “əmlak üzərinə həbs qoyulması” barədə təqdimat təmin edilməmişdir. İşdə olan abonentin saldosundan görünür ki, X4 tərəfindən 2021–ci ilin noyabr ayında 62.400 manat, dekabr ayında 62.137 manat olmaqla, cəmi 124.537 manat pul “Azəriqaz” İB–nə ödənilmişdir. İşdə olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024–cü il tarixli, e–2–2(115)– 818/2021 saylı qərardadından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə X2 ərizəsi təmin edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, xx.xx.2024–cü il tarixdə X4 tərəfindən 30 manat dövlət rüsumu “Azəriqaz” İB–nin hesabına ödənilmişdir. İşdə olan “Azəriqaz” İB–nin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı qətnaməsi üzrə 124.536,80 manat məbləğində vəsaitin son ödənişi xx.xx.2021–ci il tarixdə, 30 manat dövlət rüsumunun ödənişi isə xx.xx.2024–cü il tarixdə aparılmaqla, borcun ödənişi tam təmin edilmişdir. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı qətnaməsi ilə iddiaçı “Azəriqaz” İB–nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, 124.536,80 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 iddiaçı “Azəriqaz” İB–nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2021–ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, icra hərəkətləri çərçivəsində icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin, xəbərdarlıq və bu barədə məktubun borcluya təqdim edilməsi sübut olunmamış, buna baxmayaraq, icra məmuru könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlmiş və “icra ödənişinin alınması barədə” xx.xx.2021–ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarda Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı icra sənədi üzrə borclu X1 8.719,67 manat icra ödənişinin tutulması qərara alınmışdır. Buna baxmayaraq, X4 tərəfindən 2021–ci ilin noyabr ayında 62.400 manat, dekabr ayında 62.137 manat olmaqla, cəmi 124.537 manat pul könüllü şəkildə “Azəriqaz” İB–nə ödənilmişdir. Lakin həmin hal icra məmuru tərəfindən araşdırılmamış, borcun ödənilib– ödənilməməsi müəyyən edilməmişdir. Həmin hal icra məmuru tərəfindən “əmlak üzərinə həbs qoyulması” barədə təqdimatla məhkəməyə müraciət edilərkən də öz təsdiqini tapmışdır. Belə ki, icra məmuru borclu Elşən Məmmədtağıyev tərəfindən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, e–2–2(115)–818/2021 saylı icra sənədinin icra edilməməsini əsas gətirərək borcluya məxsus avtomobil üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, borclunun tələbin könüllü icrası haqqında bildirişi və xəbərdarlığı alması barədə məlumat yoxdur. Bu səbəbdən məhkəmə xx.xx.2022–ci il tarixli qərardadla “əmlak üzərinə həbs qoyulması” barədə təqdimatı təmin etməmişdir. Göründüyü kimi icra məmuru “əmlak üzərinə həbs qoyulması” barədə təqdimatla 2022–ci ilin fevarl ayında təqdimatla məhkəməyə müraciət etsə də, artıq 2021–ci ilin dekabr ayına bütün borc tam şəkildə Elşən Məmmədtağıyev tərəfindən ödənilmişdir. Lakin icra məmurunun borcun ödənilməsindən məlumatı olmamış və belə bir təqdimatla məhkəməyə müraciət etmişdir. Bütün qeyd olunan hallar onu deməyə əsas verir ki, Elşən Məmmədtağıyev tərəfindən “Azəriqaz” İB–nə olan borc icra sənədinə əsasən deyil, könüllü şəkildə ödənilmiş, habelə icra məmuru icraata başlamaq haqqında qərarı, tələbin könüllü icrası barədə bildirişi, xəbərdarlıq və bu barədə məktubu borcluya təqdim etmədən birbaşa “7 faiz həcmində icra ödənişinin alınması barədə” qərar qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Elşən Məmmədtağıyevin ərizəsi əsaslı olduğundan təmin edilməli və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021–ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1–ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7–ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2–ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3–cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 78.1–ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri–əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qeyd olunan qanun normalarının tələblərinə baxmayaraq, icra məmuru ilk öncə borcluya könüllü icra üçün bildirişin göndərmədən, həmin bildirişin borclu tərəfindən alınıb–alınmamasını yoxlamadan, buna dair təsdiq edici sənəd əldə etmədən, yəni icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsinə əmin olduqdan sonra borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul etməli olmasına baxmayaraq, bunlara əməl etməmiş və birbaşa icra ödənişinin alınması barədə qərar qəbul etmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, X4 tərəfindən 2021–ci ilin noyabr ayında 62.400 manat, dekabr ayında 62.137 manat olmaqla, cəmi 124.537 manat pul “Azəriqaz” İB–nə ödənilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 30 manat dövlət rüsumu da Elşən Məmmədtağıyev tərəfindən “Azəriqaz” İB–nə ödənilmişdir. Bu hal da ona dəlalət edir ki, icra məmuru icra ödənişinin alınması barədə xx.xx.2021–ci il tarixdə qərar qəbul etsə də, könüllü icra üçün bildirişin borclu tərəfindən alınıb–alınmamasını yoxlamamış, buna dair təsdiq edici sənəd əldə etməmiş, nəticədə könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini sübut etməmiş, habelə borcun borclu tərəfindən ödənilməsi halını araşdırmamışdır. Bu isə onu deməyə əsas verir ki, icra məmurunun xx.xx.2021–ci il tarixdə qərarı əsassız şəkildə qəbul edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, icra işində olan materialları araşdırılmış, işdə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası barədə bildirişin və xəbərdarlıq məktubunun surəti olsa da, həmin sənədlərin borcluya göndərilməsi və borclu tərəfindən alınmasını təsdiq edən sənədlər aşkar edilməmişdir. İcra məmuru məhkəmə iclası zamanı şifahi şəkildə həmin sənədləri borcluya göndərməsini qeyd etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X2 ərizəsi əsaslı olduğundan təmin edilməli və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021–ci il tarixli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. İddiaçı “Azəriqaz” İB–nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə “İcra ödənişinin alınması barədə” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021–ci il tarixli qərarı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-551/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-551/2024
24.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver