Məhkəmə qərarları › İş №8(076)-553/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-553/2023

20.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-553/2023 20.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ İş № 8(076)-553/2023 ƏMLAKİN HƏBSDƏN AZAD EDİLMƏSİ HAQQİNDA QƏRARDAD ŞƏMKİR RAYON MƏHKƏMƏSİ 20 noyabr 2023-cü il Şəmkir rayonu Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Borclu iştirakları ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatla məhkəmə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2243/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 3300 manat borc və 30 manat dövlət rüsümu alınaraq Tələbkar ödənilməlidir. Bununla əlaqədar xx.xx.2020-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-374/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus “QAZ 3202” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2243/2020 saylı xx.xx.2020ci il tarixli icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır. Buna görə də Borclu məxsus “QAZ 3202” minik markalı **-BM-***dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini məqsədə uyğun hesab edir. Qeyd olunanlara əsasən X3 məxsus “QAZ 3202” minik markalı **-BM-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məhkəmədən xahiş edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında göstərmişdir ki, hazırda Şəmkir rayon Məhkəməsinin 2(076)-2243/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır. Belə ki, borclu tərəfindən Tələbkar olan borc tamamilə ödənilmiş, hətta tələbkar tərəfindən Şəmkir rayon İcra və Probasiya Şöbəsinə borcun tamamilə ödənilməsi barədə məktub ünvanlanmışdır. Odur ki, məhkəmədən təqdimatın təmin edilərək Borclu məxsus “QAZ 3202” minik markalı **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında göstərmişdir ki, hazırda onlar tərəfindən Şəmkir rayon Məhkəməsinin 2(076)-2243/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borc məbləği tələbkara tam şəkildə ödənilmişdir. Odur ki, məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)-2243/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqindən görünür ki, cavabdeh X1 3300 (üç min üç yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı Tələbkar verilməsi edilmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 8(076)-374/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “QAZ 3202” minik markalı **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materallarına əlavə olunmuş tələbkarın ərizəsindən görünür ki, tələbkar Borclu borcunu ona tam şəkildə ödədiyindən onun borcludan heç bir tələb və şikayəti olmadığını bildirmişdir və Şəmkir Rayon Məhkəməsinin 2(076)-2243/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi xahiş olunmuşdur. İş materallarına əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 154542/2020-35-13-009 saylı məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 8(076)-374/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə yaranmış zərurət aradan qaldırıldığından Borclu məxsus ““QAZ 3202” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borcluna məxsus “QAZ 3202” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Ünvan: AZ 5700 Şəmkir şəhəri, H.Əliyev pr.-2 Tel: (02230)-5-74-07 “___” “______” 2023-cü il İş № 8(076)-354/2023 Şəmkir rayon İcra və Probasiya və Probasiya Şöbəsinə Şəmkir Rayon Məhkəməsinin 8(076)-354/2023 saylı 04 iyul 2023-сü il tarixli qərardadının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərardad « » vərəqə Hakim Şəfəq Məmmədova “___” “______” 2023-cü il İş № 8(076)-354/2023 Şəmkir rayon İcra və Probasiya və Probasiya Şöbəsinə Şəmkir Rayon Məhkəməsinin 8(076)-354/2023 saylı 04 iyul 2023-сü il tarixli qərardadının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərardad « » vərəqə Hakim Şəfəq Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Ünvan: AZ 5700 Şəmkir şəhəri, H.Əliyev pr.-2 Tel: (02230)-5-74-07 04 iyul 2023-cü il İş № 8(076)-354/2023 Tələbkar "xxxx" QSC-nə Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr.-3, məhəllə-1033 Şəmkir Rayon Məhkəməsinin 8(076)-354/2023 saylı 04 iyul 2023-сü il tarixli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad « » vərəqə Hakim Şəfəq Məmmədova 04 iyul 2023-cü il İş № 8(076)-354/2023 Tələbkar "xxxx" QSC-nə Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr.-3, məhəllə-1033 Şəmkir Rayon Məhkəməsinin 8(076)-354/2023 saylı 04 iyul 2023-сü il tarixli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad « » vərəqə Hakim Şəfəq Məmmədova İş № 8(076)-354/2023 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Şəmkir Rayon Məhkəməsi 04 iyul 2023-cü il Şəmkir rayonunda Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Borclu X5nun iştirakları ilə, Borclunun “Əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 10:10-da açılır. Sədrlik edən məhkəmə iclasını açır və hansı işə baxılacağını elan edir. Sədrlik edən iş üzrə tərəflərin gəlib-gəlməməsi barədə məruzə etmək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 və borclu X5 gəlmişlər, lakin tələbkar "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə onun tərəfindən hər hansı bir ərizə və ya vəsatət daxil olmamışdır. Sədrlik edən məhkəmə iclasının tələbkar "xxxx" QSC-nin nümayəndəsinin iştirakı olmadan keçirilib-keçirilməməsi barədə işdə iştirak edən şəxslərin fikrini soruşur. İşdə iştirak edən şəxslərin hər biri məhkəmə iclasının tələbkar "xxxx" QSC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş edirlər. Məhkəmə yerində qısa müşavirə edərək Qərara alır: Məhkəmə iclası tələbkar "xxxx" QSC-nin nümayəndəsinin iştirakı olmadan davam etdirilsin. Sədrlik edən işdə iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7: xx.xx.1988-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Şəmkir rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləyir, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yaşayır. Borclu X5: xx.xx.1965-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayır. Sədrlik edən elan edir ki, məhkəmə iclasına sədrlik edir hakim Məmmədova Şəfəq Ənvər qızı, məhkəmə iclas katibi İbrahimova Türkan Qulu qızıdır. Sədrlik edən işdə iştirak edən şəxslərə sədrlik edən hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını izah edir. İşdə iştirak edən şəxslərin hər biri məhkəmənin tərkibinə və məhkəmə iclas katibinə etirazları olmadığını bildirirlər. Sədrlik edən işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrini izah edir. İşdə iştirak edən şəxslərin hər biri hüquq və vəzifələrinin onlara aydın olduğunu bildirirlər. Bundan sonra sədrlik edən işə mahiyyəti üzrə baxılmağa başlanıldığını bildirir və iş üzrə məruzə edir. Sədrlik edən Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verməyi təklif edir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatı: Göstərir: Hazırda Şəmkir rayon Məhkəməsinin 2(076)-2243/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır. Belə ki, borclular tərəfindən tələbkar "xxxx" QSC-nə olan borc tamamilə ödənilmiş, hətta tələbkar tərəfindən Şəmkir rayon İcra və Probasiya Şöbəsinə borcun tamamilə ödənilməsi barədə məktub ünvanlanmışdır. Odur ki, məhkəmədən təqdimatın təmin edilərək X3 məxsus «X10» minik markalı **-BK-***dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edirəm. Sədrlik edən icra məmuruna sual olub-olmamasını soruşur. İcra məmuruna sual olmadı. Sədrlik edən borclu X3 izahat verməyi təklif edir. Borclu X5nun izahatı: Göstərir: Hazırda bizim tərəfimizdən Şəmkir rayon Məhkəməsinin 2(076)-2243/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borc məbləği tələbkara tam şəkildə ödənilmişdir. Belə ki, maddi imkanımızın zəif olması əsas ilə "xxxx" QSC-nə ümumilikdə 5123 manat təqdim etdik, Bank rəhbərliyi isə bununla razılaşaraq bizə güzəşt etdi və borcumuz tamamilə silindi. Odur ki, məhkəmədən təqdimatın təmin edilməsini xahiş edirəm. Sədrlik edən borcluya sual olub-olmamasını soruşur. Borcluya sual olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə əlavə vəsatətlərinin olub-olmamasını soruşur. İşdə iştirak edən şəxslərin hər biri əlavə vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən çıxış üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7: Məhkəmədən təqdimatın təmin edilməsini xahiş edirəm. Sədrlik edən çıxış üçün borclu X3 söz verir. Borclu X5: Məhkəmədən təqdimatın təmin edilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə iclasının başa çatdığını elan edir. Sədrlik edən müşavirə otağına gedir, qayıdaraq qərardadı elan edir. Sədrlik edən qərardaddan şikayət vermək qaydasını və müddətini izah edir. Sədrlik edən məhkəmə iclasını saat 10:20-də bağlı elan edir. Protokol 04 iyul 2023-cü il tarixdə tərtib edildi. Sədrlik edən Məhkəmə iclasının katibi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar