Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-554/2023 03.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(076)-439/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–cı il tarixli 2(076)–1924/2015 saylı əmrinə əsasən borclular X2, X3, Borclu və X4 xx.xx.2014-cü il tarixli 698/1 saylı birgə borclularla kredit müqaviləsi üzrə müştərək qaydada 1845.98 manat əsas borcun, 214.73 manatfaiz borcu olmaqla, cəmi 2060.71 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq kreditor Tələbkar QSC BOKT-a ödənilməsi əmr edilmişdir. Onlar birgə borclular kimi çıxış edirlər. Buna baxmayaraq o xx.xx.2014-cü il tarixli 698/1 saylı birgə borclularla kredit müqaviləsi üzrə öz üzərinə düşən borc öhdəliyini tam olaraq yerinə yetirib. Onun mülkiyyətində “VAZ-21154” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. O həmin avtomobili 24 sentyabr 2022-ci il tarixli 513987 saylı etibarnamə əsasında X1 və avtomobil onun istifadəsindədəir . Borclulardan X7 öz üzərinə borc öhdəliyini yerinə yetirmədiyindən onun mülkiyyətində olan “VAZ-21154” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə Şəmkir Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci tarixli qərardadı ilə həbs qoyulmuşdur. Halbuki, həmin vaxt o qeyd olunan avtomobili artıq Pərviz Kərimova satıbmış. Həmçinin, borc öhdəlyinin icrası olaraq X5 pensiyasına da yönəldilmə olmuş və hər ay onun pensiyasından 73 manat pul tutulur. “VAZ-21154” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili həbsdə olduğundan həmin avtomobili satdığı şəxs avtomobili öz adına sənədləşdirə bilmir. Hesab edir ki, “VAZ-21154” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olsa da, avtomobil üzərinə həbs qoyulmamışdan əvvəl başqa şəxsə satıldığından, həmçinin xx.xx.2014-cü il tarixli 698/1 saylı birgə borclularla kredit müqaviləsi üzrə öhdəlyin icrası ilə əlaqədar X5 pensiyasından hər ay pul tutulduğundan həmin avtomobil həbsdən azad edilməlidir. Odur ki, “VAZ-21154” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməsi barədə qəradad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə və tələbkara, borcluya işdə iştirak edən şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra şöbəsinin nümayəndəsi və işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə icra şöbəsinin nümayəndəsinin və işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(076)-439/2022 saylı qərardadından görünür ki, Borclu mülkiyyətində olan **-CV-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, XTA211540B4936920 ban nömrəli, kosmos rəngli “VAZ-21154” dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 105227/20 saylı arayışından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–cı il tarixli 2(076)–1924/2015 saylı icra sənədinə əsasən borclular X2, X3, Borclu və X4 xx.xx.2014-cü il tarixli 698/1 saylı birgə borclularla kredit müqaviləsi üzrə müştərək qaydada cəmi 2060.71 manat borc və 20 manat dövlət rüsumu tutularaq Tələbkar QSC Bank olmayan kredit təşkilatına ödənilməlidir. İcra hərəkətləri zamanı borclu X5 80 manat pensiya aldığı müəyyən edilmiş və tələb 2023-cü ilin fevral ayından başlayaraq inkasso sərəncamı ilə borclunun pensiyasının 50 faizinə yönəldilmişdir. Məhkəmə qeyd edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 105227/20 saylı arayışından da göründüyü kimi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–cı il tarixli 2(076)–1924/2015 saylı icra sənədinə əsasən borclular X2, X3, Borclu və X4 xx.xx.2014-cü il tarixli 698/1 saylı birgə borclularla kredit müqaviləsi üzrə müştərək qaydada cəmi 2060.71 manat borc və 20 manat dövlət rüsumu tutularaq Tələbkar QSC Bank olmayan kredit təşkilatına ödənilməlidir. Bu səbəbdən də məhkəmə haqlı olaraq, borclunun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoymuşdur və həmin qərardadın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(076)-439/2022 saylı qərardadı əsaslı olduğundan Borclu tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(076)-439/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-554/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-554/2023
03.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver