Məhkəmə qərarları › İş №8(076)-555/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-555/2024

25.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-555/2024 25.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Tələbkar Borclu: Borclu iştirakı ilə Gəncə Apellyasiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli 2(104)-1178/2023 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Apellyasiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli 2(104)-1178/2023 saylı icra sənədinə əsasən Borclu 29.500 manat məbləğində pulun alınıb Tələbkar verilməsi qət edilmişdir. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu icra sənədində göstərilən borcunu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə yazılı ərizə təqdim edərək göstərdi ki, Tələbkar ərizəsinə əsasən qeyd olunan icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Hazırda təqdimata baxılması zərurəti aradan qalxmışdır. Odur ki, təqdimatın geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Tələbkar göstərdi ki, borclu ona olan borcunun bir qismini qaytarmış, qalan borcu isə hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, təqdimatın geri qaytarılmasına etiraz etmir. Məhkəmə iclası zamanı Borclu təqdimatın geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat icra orqanına geri qaytarılmalıdır. Belə ki, təqdimata əlavə olunmuş və Tələbkar tərəfindən xx.xx.2024-cü il tarixdə yazılmış ərizədən görünür ki, borclu ona 6.000 manat pul ödəmiş, qalıq borcla bağlı öz aralarında razılaşmışlar. Bu səbəbdən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin Gəncə Apellyasiya Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Beləliklə, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki Gəncə Apellyasiya Məhkəməsinin 11 avqust 2023-cü il tarixli 2(104)-1178/2023 saylı icra sənədinə əsasən Borclu 29.500 manat məbləğində pulun alınıb Tələbkar verilməsi qət edilmişdir. Hazırda isə tərəflər razılaşmış və tələbkarın ərizəsinə əsasən icra sənədi Gəncə Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Bu səbəbdən icra məmuru məhkəməyə yazılı ərizə təqdim edərək təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına baxılması zərurəti aradan qalxmış və təqdimat icra orqanına geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar