Məhkəmə qərarları › İş №8(076)-556/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-556/2023

06.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-556/2023 06.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Borclu iştirakları ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatla məhkəmə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-766/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu, X1, X2 və X3 müştərək qaydada 1141 manat borc və 20 manat dövlət rüsümu alınaraq Tələbkar QSC-yə ödənilməlidir. Bununla əlaqədar xx.xx.2015-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)- 442/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus «VAZ 21041» minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-766/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır. Buna görə də Borclu məxsus «VAZ 21041»minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini məqsədə uyğun hesab edir. Qeyd olunanlara əsasən Borclu məxsus «VAZ 21041»minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məhkəmədən xahiş edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərmişdir ki, hazırda Şəmkir rayon Məhkəməsinin 2(076)-766/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır. Belə ki, borclular tərəfindən Tələbkar QSC-yə olan borc tamamilə ödənilmiş, hətta tələbkar tərəfindən Şəmkir rayon İcra və Probasiya Şöbəsinə borcun tamamilə ödənilməsi barədə məktub ünvanlanmışdır. Odur ki, məhkəmədən təqdimatın təmin edilərək Borclu məxsus «VAZ 21041» minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında göstərmişdir ki, hazırda onlar tərəfindən Şəmkir rayon Məhkəməsinin 2(076)-766/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borc məbləği tələbkara tam şəkildə ödənilmişdir. Odur ki, məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)-766/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1982-ci ildə ünvan 2 ünvanında yaşayan Borclu, xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuş, Şəmkir şəhəri Nizami küçəsi, ev 32 ünavında yaşayan borclu X1, xx.xx.1995 ildə ünvan 4 ünvanında yaşayan borclu X2 və xx.xx.1989-cu ildə ünvan 5 ünvanında yaşayan borclu X3 xx.xx.2013cü il tarixli 638/1 saylı birgə borclularla kredit müqaviləsi üzrə müştərək qaydada 1015.10 (bit min on beş manat on qəpik) manat əsas borc, 125.90 (bir yüz iyirmi beş manat doxsan qəpik) manat faiz borcu, cəmi 1141(bir min bir yüz qırx bir) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq kreditor Tələbkar QSC-yə ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 8(076)-442/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Borclu mülkiyyətində olan **-BK-*** dövlət qeydiyyat nişanlı, universal tipli, XWK**********4178 ban nömrəli, gümüşü metallik rəngli, “VAZ-21041” dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. İş materallarına əlavə olunmuş Tələbkar QSC-nin X6 Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 633 nömrəli məktubundan görünür ki, borcluların 09 fevral 2015-ci il tarixli, 2(076)-766/2015 saylı məhkəmə qətnaməsi üzrə həmin təşkilata heç bir borcu qalmadıqları üçün iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə yaranmış zərurət aradan qaldırıldığından Borclu məxsus “VAZ-21041” minik markalı **-BK-***dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus “VAZ-21041” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar