Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-558/2023 06.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-5996 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X2 əmlakı üzərinə həbs qoyulmasına dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynov təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-5996 saylı xx.xx.2023cü il tarixli saylı icra qeydinə əsasən borclu X1 9364.22 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə verilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 8İ-5996 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X1 9364.22 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İcra tədbirləri zamanı “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən borclu X3 məxsus Şəmkir şəhərində yerləşən ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli, ümumi sahəsi 0.2174 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Qeyd olunanlara əsaslanaraq borclu X3 məxsus Şəmkir şəhərində yerləşən ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli, ümumi sahəsi 0.2174 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız X2 payına düşən hissəsinin üzərinə həbs qoyulması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-5996 saylı xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən cavabdeh borclu X1 9364.22 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə verilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu X3 Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-5996 saylı xx.xx.2023cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan şəxsə dair məlumatlardan görünür ki, X3 paylı mülkiyyət hüququ ilə məxsus ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli ümumi sahəsi 0.2174 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, ödənilməmiş borcun borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus onun payına düşən hissədə torpağın üzərinə həbs qoyulmalı, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərаrаaldı: Təqdimat təmin edilsin. Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-5996 saylı xx.xx.2023-cü il tarixli icra qeydinin icrasını təmin etmək məqsədi ilə borclu X2 mülkiyyətində ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli ümumi sahəsi 0.2174 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız X2 payına düşən hissəsinin üzərinə üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-558/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-558/2023
06.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver