Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-558/2025 15.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi Heydərova Nazlı Azər qızı, Tələbkar borclular Borclu1, Borclu2 və Borclu3 qarşı ödənilməli olan pul məbləğinin indeksasiyası barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq MÜƏYYƏN ETDİM: Şəmkir Rayon Məhkəməsinin 2(076)-2525/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 1231 manat məbləğ indeksləşdirilərək 2013-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 201,2 faiz artımı (1231 manat x 201,2 % = 2476,77 manat) nəzərə alaraq cəmi 3707,77 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, tələbkar Şəmkir Rayon Məhkəməsinin 2(076)-2525/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş pul məbləğinin indeksləşdirilməsini xahiş etsə də, ərizəsinə həmin məhkəmə aktını və ya icra sənədini əlavə etməmişdir. Qeyd edilməlidir ki, tələbkar ərizəsinin nəticə hissəsində həmin məhkəmə aktının tələbkara daxil olmadığını qeyd etsə də, onun müvafiq məhkəməyə müraciət etməklə məhkəmə aktının, icra şöbəsinə müraciət etməklə icra sənədinin surətini əldə etmək hüququ olduğu halda, bunu etməmişdir. Belə olan halda borcluların hansı icra sənədi üzrə borclu olması müəyyən edilməmişdir. Bundan başqa tələbkar ərizəsində icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2525/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə qərarının icra olunmamasını, 1948 manat məbləğində pulun borclular tərəfindən ödənilməməsini qeyd etmişdir. Lakin tələbkar həqiqətən borclular tərəfindən ödəniş edilməməsini təsdiq edən mötəbər sübutları, eləcə də, Maraqlı şəxs1 tərəfindən icra hərəkətlərinin aparılmasını, məcburi icra tədbirlərinin görülməsini təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. Belə olan halda icra sənədinin icrasının hansı mərhələdə olması, eləcə də 1948 manat məbləğində pulun ödənilib-ödənilməməsi ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, ərizənin nəticə hissəsi dəqiq müəyyən olunmamış, tələbkar ərizənin nəticə hissəsində tələbini konkret olaraq göstərməmiş, məhkəmə aktı ilə müəyyən edilmiş 1231 manat məbləğin indeksləşdirilmiş hissəsi ilə yanaşı təkrarən 1231 manat məbləği də nəzərə alaraq 3707,77 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar'vvə onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda ərizə tələbkara geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanları aradan qaldıraraq, ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Tələbkar borclular Borclu1, Borclu2 və Borclu3 qarşı ödənilməli olan pul məbləğinin indeksasiyası barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Tələbkara izah edilsin ki, qeyd olunan nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-558/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-558/2025
15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver