Məhkəmə qərarları › İş №8(076)-561/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-561/2023

07.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-561/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynov borclunun məcburi gətirilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynov borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 3227/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 1920 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borcluların icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq İcra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2019-cu il tarixdə tərəflərindən qərar qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Odur ki, Borclu oğlunun Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatın təmin olunmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkar "xxxx" MMC-yə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkarın nümayəndəsi icra məmuru və borclu üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın nümayəndəsinin və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Мəhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)- 3227/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 1920 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq tələbkar SKY ELEKTRONİCS CO” MMC-yə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3227/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra məmuru Ayaz Hüseynov tərəfindən Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, borcluya tələbin könüllü icrası haqqında bildiriş və müvafiq xəbərdarlıq göndərilməsinə baxmayaraq, o, icra şöbəsinə gəlməkdən yayınmışdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Borclu Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəmkir şəhəri, Dəllər qəsəbəsində yaşayan Borclu Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Şəmkir rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməısinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar