Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-564/2023 22.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Tələbkar İddiaçı iştirakları ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Aslanovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin 2(076)- 2426/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 1100 manat məbləğində borc və 48 manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməlidir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)- 74/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu Cavabdeh məxsus olan «VAZ 21013» minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2426/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır və buna görə də Cavabdeh məxsus olan «VAZ 21013» minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini məqsədəuyğun hesab edir. Qeyd olunanlara əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq borclu Cavabdeh məxsus olan «VAZ 21013» minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məhkəmədən xahiş edilmişdir. Tələbkar İddiaçı məhkəmə iclasında göstərmişdir ki, hazırda Şəmkir rayon Məhkəməsinin 2(076)-2426/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır. Odur ki, məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, borclu Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-2426/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin surətindən görünür, 1100 manat məbləğində borcun və 48 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2426/2022 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, 282283/2022-12 nömrəli bildirişdən görünür ki, borclu tələbin könüllü icrası haqqında bildirişi imza etməklə qəbul etmiş, həmçinin bildirişdə borcluya icra sənədi üzrə tələbi icra etməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması izah edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli təqdimatdan görünür ki, Cavabdeh məxsus olan «VAZ 21013» minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması xahiş olunmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 8(076)-74/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, borclu Cavabdeh məxsus olan «VAZ 21013» minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan tələbkarın xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, tələbkar icra sənədində qeyd olunan tələbin tam təmin olunduğu üçün icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2426/2022 saylı icra sənədi icraatına xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə yaranmış zərurət aradan qaldırıldığından borclu Cavabdeh məxsus «VAZ 21013» minik markalı **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu Cavabdeh məxsus «VAZ 21013» minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilsin. Qərardadın icrası Şəmkir rayon İcra və Şöbəsinə həvalə edilsin. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-564/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-564/2023
22.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver