Məhkəmə qərarları › İş №8(076)-567/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-567/2024

24.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-567/2024 24.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Tələbkar: X1 iştirakı ilə İddiaçı X1 cavabdeh, Borclu qarşı “Alimentin artırılması tələbi”nə dair icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 06 yanvar 2022–ci il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2019–cu il tarixli 2(076)–1621/2019 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2019–cu il tarixli 2(076)–1621/2019 saylı qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2010-cu il təvəllüdlü Bayram və xx.xx.2016-cı il təvəllüdlü Hüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bundan sonra “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 06 yanvar 2022–ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda qeyd olunan icra sənədi üzrə tələbkar X2 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 06 yanvar 2022–ci il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2019– cu il tarixli 2(076)–1621/2019 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Borclu qarşı aliment tələbinə dair iddia qaldırmışdır və Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2019–cu il tarixli 2(076)– 1621/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Daha sonra məhkəmə qətnaməsi icraya yönəlmiş, lakin onun cavabdehlə razılaşmasına görə iki otaqlı evin pulunu cavabdeh ona verəcəkmiş, bu səbəbdən də, onun ərizəsi əsasında Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2019–cu il tarixli 2(076)–1621/2019 saylı icra sənədinə xitam verilmişdir. Odur ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 06 yanvar 2022–ci il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2019–cu il tarixli 2(076)–1621/2019 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı tələbkar X2 izahatında göstərdi ki, cavabdeh Borclu ona yalan vəd verdiyindən o, icra sənədinin xitam olunmasını istəmişdir. Hazırda cavabdeh tərəfindən ona heç bir pul vəsaiti verilmir və maddi vəziyyəti qənaətbəxş deyil. Uşaqlar bir ilə yaxındır ki, ataları Elçinin yanında qalırlar. Uşaqlar hal-hazırda atasının yanında olsada hesab edir ki, icra orqanının qərarı ləğv edilməli və qətnamə təkrar icraya yönəldilməlidir. Odur ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 06 yanvar 2022–ci il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2019–cu il tarixli 2(076)– 1621/2019 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etdi. Tələbkar Borclu və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndənin iştirakını təmin etməyərək səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə tələbkarın və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın ərizəsini və izahatını, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2019– cu il tarixli 2(076)–1621/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Bayram və xx.xx.2016-cı il təvəllüdlü Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2019–cu il tarixli 2(076)–1621/2019 saylı, xx.xx.2010-cu il təvəllüdlü Bayram və xx.xx.2016-cı il təvəllüdlü Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməsinə dair icra sənədinə xitam verilmişdir. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2019–cu il tarixli 2(076)–1621/2019 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü Bayram və xx.xx.2016-cı il təvəllüdlü Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra hərəkətləri həyata keçirilərkən iddiaçı Tələbkar ərizə ilə müraciət edərək qeyd edilən icra sənədinə xitam verilməsini xahiş etmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4–cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2–ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin Qanunun 20.3–cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iş materiallarında icra sənədinin təkrar icraya yönəldilməsinə rəvac verəcək hallar müəyyən edilməmişdir. Belə ki, tələbkar özü izahatında hər iki uşağın bir ilə yaxındır ki, atalarının yanında olmasını qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tələbkarın hazırki ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə rədd edilsin. X1 Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 06 yanvar 2022–ci il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 18 aprel 2019–cu il tarixli 2(076)– 1621/2019 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar