Məhkəmə qərarları › İş №8(076)-568/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-568/2025

29.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-568/2025 29.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, X1 iştirakı ilə, X2 əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, onun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Mülki iş məhkəmənin icraatında olduğu müddətdə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1581/2021 saylı, 16 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll olunana qədər ona məxsus “VAZ- 21074” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Daha sonra Şəmkir Rayon Məhkəməsinin 2(076)-1581/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə ondan 5000 (beş min) manat məbləğində pulun alınıb "xxxx" ASC-yə verilməsi qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. O icra sənədi üzrə tələb olunan məbləği tam şəkildə ödəmişdir. 01 oktyabr 2024-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin icra sənədi üzrə icraata xitam verilsə də, ona məxsus “VAZ-21074” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulduğundan o əmlakla bağlı hüquqlarını həyata keçirə bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, xahiş edir ki, ona məxsus “VAZ-21074” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı edən borclu X9 ərizəyə uyğun izhatad verərək ərizə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərardadan görünür ki, 2(076)-1581/2021 xx.xx.2021-ci il tarixli icra vərəqəsi X6 tərəfindən tam ödədiyindən icrasına xitam edilmişdir. Ərizəyə əlavə edilmiş 2(076)-1581/2021 nömrəli xx.xx.2021-ci il tarixli Şəmkir Rayon Məhkəməsini icra vərəqəsindən görünür ki, işə mahiyyəti üzrə baxılıb həll olunanadək X7 məxsus “VAZ-21074” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Məhkəmə istintaq zamanı əldə edilmiş Şəmkir Rayon Məhkəməsinin 8(076)- 637/2024 nömrəli xx.xx.2024-cü qərardadından görünür ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-62/2024 saylı, xx.xx.2024-cü il tarixli saylı icra sənədinə əsasən X5 10585 manat məbləğində pul vəsaiti və ekspertiza xərci tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilmiş, qətnamənin icrasını təmin edilməsi üçün borclu X8 məxsus «VAZ-21074» minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərinə həbs qoyulmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 8(076)-637/2024 nömrəli xx.xx.2024-cü qərardadı ilə təqdim təmin edilmiş, borclu X7 məxsus, «VAZ-21074» minik markalı, 57-CH102 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Məhkəmə belə hesab edir ki, ərizəçi «VAZ-21074» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. O, bu tələbini əsaslandırarkən bildirmişdir ki, onun mülkiyyətində olan həmin avtomobilə 2(076)-1581/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Şəmkir Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən həbs qoyulmuşdur. Lakin həmin icra vərəqəsi ərizəçi tərəfindən tam icra edilmiş, Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icranın başa çatmasına dair xitam qərarı qəbul olunmuşdur. Bununla belə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 8(076)-637/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-62/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X7 məxsus həmin «VAZ-21074» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə yenidən həbs qoyulmuşdur. Ərizəçi tərəfindən Apellyasiya Məhkəməsinin 2(104)-62/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinin icra edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İş materiallarında da borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi üçün əsas yaradan hallar müəyyən edilmədiyindən, ərizəçinin müraciəti təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar