Məhkəmə qərarları › İş №8(076)-57/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-57/2023

03.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-57/2023 03.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şamil Hacıyev təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir rayon Məhkəməsinin 2(076)-1397/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus «VAZ 21154» minik markalı **-CX-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1397/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü ildə doğulmuş X2 və xx.xx.2015-ci ildə doğulmuş X3 adlı uşaqların yetkinlik aşına çatanadək saxlanması üçün Borclu hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. İcra sənədi üzrə tələb borclu tərəfindən təmin edilmədiyindən Borclu məxsus "VAZ 21154" minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat verilmiş və Şəmkir rayon Məhkəməsinin 8(076)-496/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. İcra sənədi üzrə mövcud borc Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Göstərilənlərə əsasən Borclu məxsus "VAZ 21154" minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş, lakin borclu və icra məmuru məhkəmə iclasında iştirak etmişdilər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şamil Hacıyev təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu hazırki icra sənədi üzrə tələbkara olan borcunu tam ödədiyini nəzərə alaraq təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1397/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü ildə doğulmuş X2 və xx.xx.2015-ci ildə doğulmuş X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli 8(076)-496/2022 saylı qərardaddan görünür ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 2(076)-1397/2021 saylı icra sənədinin icrasını təmin etmək üçün Borclu məxsus "VAZ 21154" minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Borclu tərəfindən tələbkar X1 olan aliment borcunu tam şəkildə ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdığından, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus «VAZ 21154» minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Şəmkir rayon Məhkəməsinin 2(076)-1397/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus «VAZ 21154» minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar