Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-57/2024 05.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Tələbkar “Rabitəbank ASC”-nin nümayəndəsi X2 iştrakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-4192/2016 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-4192/2016 saylı icra sənədinə əsasən borclular Borclu və X1 müştərək qaydada 4267,51 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2017-ci il tarixində Şəmkir rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müdət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamayaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir və borcluda tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli kağız aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə icra olunmamışdır. Hazırda icra sənədi üzrə borc 3429,51 manat təşkil edir. Odur ki, xx.xx.1982-ci ildə anadan olan və ünvan 1i ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında tələbkar “Rabitəbank ASC”-nin nümayəndəsi X4 təqdimatın təmin edilməsini xahiş etdi. Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuruna və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra şöbəsinin nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-4192/2016 saylı icra sənədinə əsasən cavabdehlər Borclu və X1 müştərək qaydada 4267,51 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq Bakı şəhəri, B.Sərdarov 1 ünvanında yerləşən kreditor Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)- 4192/2016 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında xx.xx.2017-ci il tarixli, 642/2017-48525-35-2 nömrəli bildirişdən görünür ki, borclu tələbin könüllü icrası haqqında bildirişi imza etməklə qəbul etmiş, həmçinin bildirişdə borcluya icra sənədi üzrə tələbi icra etməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması izah edilmişdir. Beləliklə, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə, habelə müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq, o, icra sənədinin icrasından yayınaraq icradan boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-4192/2016 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ tələbkara olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-57/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-57/2024
05.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver