Məhkəmə qərarları › İş №8(076)-57/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-57/2025

11.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-57/2025 11.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi, Borclu X1 iştirakı ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin 2(076)-6636/20217 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu X2 2008.05 manat pul və 20 manat dövlət rüsumu alınıb tələbkar BOKT "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir, həmin əmr qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi borclu X1 tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığına görə onun adına olan “VAZ-21061” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–cil tarixli 8(076)-440/2021 saylı qərardadı ilə həmin təqdimat təmin edilərək borclu X3 məxsus “VAZ-21061” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəməyə borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimat verərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–cil tarixli 8(076)-440/2021 saylı icra sənədinin icrası ilə bağlı zərurət aradan qalxmışdır. Məhkəmə iclası zamanı borclu X4 izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli 2(076)-6636/20217 saylı əmri ilə ümumilikdə 2008.05 manat pul və 20 manat dövlət rüsumunun ondan və X5 müştərək qaydada alınıb tələbkar BOKT "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin qərardadı ilə onun adına olan “VAZ-21061” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda icra sənədi üzrə borc tam olaraq ödənilmişdir. Odur ki, təqdimatın təmin olunaraq “VAZ-21061” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, borclunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan tələbkar BOKT "xxxx" MMC tərəfindən, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu X4 icra sənədi üzrə borcunu tam yerinə yetirdiyindən tələbkar, borclunun barəsində olan işə xitam verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, icra sənədi üzrə icraata xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclu X1 adına olan “VAZ-21061” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu X1 adına “VAZ-21061” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilsin. Qərardadın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hakim: Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar