Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-570/2025 21.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1, Tələbkar "xxxx"AÇİQ SƏHMDAR CƏMİYYƏTİNİN borclular Borclu1 və Borclu2 qarşı “icraatın təzələnməsi barədə” tələbkarın ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinin 2(076)-3771/2019 sayılı,xx.xx.2019-cu il tarixli məhkəmə əmrinə əsasən Borclu1 və Borclu2 BOKT "xxxx"MMC-nin xeyrinə kredit müqaviləsi üzrə yaranmış 265.09 ABŞ dolları borcun ödənilmiş 20 manat dövlət rüsumunun tutulması müəyyən edilmişdir.Həmin məhkəmə əmri qanuni qüvəyyə mindikdən sonra Şəmkir rayon məhkəməsi tərəfindən borclunun faktiki yaşayış yeri üzrə icra olunması üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsində araşdırılarkən məlum olmuşdur ki,borclunun fəaliyyət qabiliyyəti olmasına , həmin (Şəmkir rayon ərazisində )ünvanda yaşamasına baxmayaraq ,Şİcra məmuru borclu barəsində heç bir məcburi icra tədbirləri görmədən ,tələbkarın qanun üzrə qorunan hüquqlarının pozmaqla ,həmçinin qanuni qüvəyyə minmiş qətnamənin icrası təmin edilməyərək ,”İcra haqqında” Azərbaycan Respublikası Qanun tələbləri pozularaq icra sənədini icrasız Şəmkir rayon məhkəməsinə qaytarmışdır.Bildiririk ki,tələbkar BOKT "xxxx"MMC-nin borclulara qarşı əldə edilən və 04 dekabır 2019-cu il tarixi vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ yeni tələbkar BOKT "xxxx" MMC-yə keçmişdir.Yuxarıda göstərilənləri nəzərə alaraq ,icra işinin icrası məqsədi ilə həmin icra sənədini yenidən Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilməsinə köməklik etmənizi məhkəmədən xahiş edirik. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki ərizə və ona əlavə edilmiş sənədlərdən tələbkar "xxxx"ASC-nin möhürü iş materiallarına əlavə edilməmişdir. Beləliklə, qeyd edilənlər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tələb qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla da ərizənin forma və məzmununa dair zəruri xüsusatları nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149cu maddəsinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə, ərizə tələbkara geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanları aradan qaldıraraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ödənilməli pul məbləğinin ndeksasiyası barədə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Tələbkar "xxxx"AÇİQ SƏHMDAR CƏMİYYƏTİNİN “icraatın təzələnməsi barədə” ərizəsi və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılsın. Tələbkara izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №8(076)-570/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-570/2025
21.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver