Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-571/2023 06.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin Borclu məxsus torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinin üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ********** qeydiyyat nömrəli **********30-10301 reyestr nömrəli, ümumi sahəsi 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin (sahəsi 165.90 kv.m) üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-669/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 3202 23 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. Bununla əlaqədar 09 02 2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasıya Şöbəsində başlanılmış icraat zamanı tələbin könüllü icra müddəti ərzində təmin olunması üçün borcluya bildiriş göndərilmiş, lakin nə həmin müddətdə nə də sonrakı dövrdə tələb təmin olunmamışdır. Hazırda tələbkara olan borc 3202.23 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu təşkil edir. İcra tədbirləri zamanı "Elektron icra" informasiya sistemindən çıxarışa əsasən Borclu məxsus ünvan 2 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, **********30-10301 reyestr nömrəli, ümumi sahəsi 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi (sahəsi 165.90 kv.m) qeydiyyata alınmışdır. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat rədd edilməlidir. İş materiallarına əlavə edilən Şəmkir Rayon Məhkəməsinin 2(076)-669/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 3202.23 manat ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb iddiaçı Tələbkar verilməli, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, cavabdeh Borclu 30 manat alınıb iddiaçı Tələbkar verilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-669/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və xx.xx.2021-ci il tarixli tələbin könüllü bildirişi Borclu çatdırılması üçün ünvan 3 ünvanına göndərilmişdir. “İcra haqqında” AR Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Hazırki işin materiallarına tələbin könüllü icrası barədə bildiriş əlavə edilsə də, lakin həmin bildirişin borcluya təqdim edilməsi (verilməsi) ilə bağlı heç bir sübut əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsassızdır və buna görə də təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin Borclu məxsus torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-571/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-571/2023
06.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver