Məhkəmə qərarları › İş №8(076)-581/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-581/2023

20.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-581/2023 20.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədov borclunun məcburi gətirilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədovborclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 16(076)-49/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Cavabdeh xx.xx.2015-ci ildə anadan olnuş Zeynəb adlı uşağı ilə hər həftənin hər şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək sərbəst qaydada ünsiyyətdə olmaq hüququ (görüş) verilməlildir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş icra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixdə icra sənədində adı qeyd olunan Zeynəb adlı uşaq icra sənədi üzrə tələbkar Cavabdeh şöbəmizdə təhvil verilmiş və bununla bağlı həmin tarixdə tərəflərin və hal şahidlərinin iştirakı ilə akt tərtib olunmuşdur. Həmin tarixdə 18:00 da icra sənədi üzrə borclu İddiaçı qaytarmalı olduğu halda onlar icra yerinə icra sənədində qeyd olunan vaxtda gəlməmişdir. Bununla bağlı Cavabdeh tərəfindən təqdim olunmuş mobil nömrə ilə əlaqə saxlanılmasına baxmayaraq, tərəf icra yerinə gəlməyəcəyini bildirərək qərəzli şəkildə öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Tərəflərindən icra sənədi üzrə icra tədbirləri davam etdirilsədə Cavabdeh icra vərəqəsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bundan imtina etmiş, eləcədə Cavabdeh edilmiş çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Odur ki, borclu Cavabdeh Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatın təmin olunmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkar Cavabdeh və İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkarın nümayəndəsi icra məmuru və borclu üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Мəhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 16(076)- 49/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1 (bir) ay müddətinə müvəqqəi təminat tədbiri görülərək, ərizəçi Cavabdeh ilə cavabdeh İddiaçı ilə birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü Zeynəb adlı uşağı ilə ünsiyyətdə olması cavabdeh İddiaçı tərəfindən yaradılan maneənin aradan qaldırılması, ərizəçi X1 xx.xx.2015-ci il təvəllüdlü Zeynəb adlı uşağı ilə həftənin hər şənbə və bazar günləri səhər saat 10:00-dan 18:00-dək sərbəst qayadada ünsiyyətdə olmaq hüququna dair ərizəsinin təmin olunması, müvəqqəti təminat tədbiri barədə qərardadın 04 noyabr 2023-cü il tarixə qədər qüvvədə olması müəyyən edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 16(076)-49/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Beləliklə, borcluya tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 250520/2023-35-20-003 saylı bildiriş və müvafiq xəbərdarlıq göndərilməsinə baxmayaraq, o, icra şöbəsinə gəlməkdən yayınmışdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, borclu İddiaçı Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. ünvan 1 ünvanında yaşayan borclu İddiaçı Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Şəmkir rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməısinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar