Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-59/2025 11.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə Şəmkir Rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Şəmkir Rayon Bələdiyyəsinin 3/608 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Bələdiyyəsinin 3/608 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 589.59 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Şəmkir Rayon Bələdiyyəsinin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Şəmkir rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilrək, qərarın surəti bildirşlə icra sənədi üzrə Borclu göndərilmiş icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və borclunun adına daşınar və daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar aşkar olunmamışdır.Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda icra sənədi üzrə borcu 589.59 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Şəmkir rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 izahatında təqdimatın əsaslı olduğunu bildirərək təmin edilməsini xahiş edir. Tələbkar Şəmkir Rayon Bələdiyyəsinin nümayəndəsi X3 izhatında bildirdi ki, borclu tərəfindən 200 manat ödənilib, onlar bunu proqram vasitəsilə öyrənirlər, lakin, qalan borc ödənilməmişdir. Odur ki təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və 273660/2023-35-19-002 saylı icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icra məmuru təqdimatda icra sənədi üzrə Borclu icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığını bildirsə də, bu barədə rəsmi sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə təqdimata əlavə edilmiş sənədlərdən icra məmuru tərəfindən şəxsin icra sənədi ilə tanış edilməsi, icra sənədinin icrası ilə bağlı hər hansı tədbirin görülməsi, eləcə də borclunun İcra İdarəsinə çağırılması təqdimata əlavə edilmiş sənədlərdən görünmür. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun mənasına görə, borclu icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı halda, onun barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tətbiq oluna bilər. Hazırki halda isə, borclunun icra hərəkətlərinin keçirildiyi yerə çağırılması və onun bu çağırışdan üzrsüz səbəbdən yayınması müəyyən olunmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəmkir Rayon Bələdiyyəsinin 3/608 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-59/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-59/2025
11.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver