Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-595/2025 03.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, Ərizəçi Tələbkar MMC-nin ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçi Tələbkar MMC ərizə ilə məhkəməyə müraciət edərək, təsviri-əsaslandırıcı hissədə qeyd olunanlara əsasən, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli 2(076)-633/2021 saylı qətnaməsinin icrası davam etdirilməsi məqsədi ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi göstəriş verilməsi xahiş edilmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, icraatın təzələnməsi barədə ərizə heç bir prosessual statusu qeyd edilməyən Dadaş Abbasov tərəfindən imzalanmışdır. Buna görə də iddia ərizəsinin buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı müəyyən olunur. Bundan başqa Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin davam etdirilməsi məqsədilə icraatın təzələnərək icra sənədinin yenidən Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etsə də, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin əvvəlki icra sənədi üzrə qəbul etmiş olduğu qərarı ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Beləliklə, ərizənin mülki-prosessual qanunvericiliyə uyğun olaraq səlahiyyəti müəyyən edilməmiş şəxs tərəfindən imzalandığı müəyyən edildiyindən ərizə geri qaytarılmlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263-264 və 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Tələbkar MMC-nin ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-595/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-595/2025
03.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver