Məhkəmə qərarları › İş №8(076)-599/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-599/2023

06.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-599/2023 06.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Şəmkir rayon İcra və probasiya şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir rayon İcra və probasiya şöbəsinin icra məmuru Ayaz Hüseynov təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-865/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu Şəmkir rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-865/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 963,79 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar MMC-yə ödənilməlidir.İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq Borclu bu günüdək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu həmin borcu ödəməkdən yayınır, icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Borclu, Tələbkar MMC-nin nümayəndəsi və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin qanunun 84.3-cü maddəsinə görə, qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə təqdimatı və icra işinin materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icra məmuru təqdimatda icra sənədi üzrə Borclu icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığını bildirsə də, bu barədə rəsmi sübutlarını məhkəməyə təqdim etməmişdir. Təqdimata əlavə edilmiş sənədlərlə icra məmurunun tələbin könüllü icrası barədə bildirişin borcluya çatdırılmasının qanuna müvafiq qaydada təmin olunması üçün müvafiq icra hərəkətlərini yerinə yetirməsini müəyyən etmək mümkün deyil. Bundan başqa icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı hər hansı tədbirin görülməsi, eləcə də borclunun İcra İdarəsinə çağırılması, ona xəbərdarlıqların göndərilməsi təqdimata əlavə edilmiş sənədlərdən görünmür. İş materiallarına yalnız 06 noyabr 2023-cü il tarixli xəbərnamə əlavə edilmişdir. Bu da borclunun ötən müddət ərzində İcra şöbəsinə gəlməkdən yayınması kimi qəbul edilə bilməz. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Şəmkir Rayon Məhkəməsinin 2(076)-865/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu Şəmkir rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Şəmkir Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar