Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-6/2024 08.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2364/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1680 manat məbləğində pul vəsaiti tutularaq tələblar ABC-Telecom MMC-yə ödənilməlidir. Şəmkir Rayon Məhkəməsinin 2-(076)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 4341.8 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Unibank KB ASC-yə ödənilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-634/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədinə əsasən Borclu 1434 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədləri xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra sənədləri üzrə hal-hazırda borc 7464.8 manat təşkil edir. İş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq icra sənədi üzrə öhdəliyi yerinə yetirməmişdir. İcra sənədini icra etmək məqsədi ilə tərəflərindən Borclu adına sorğular verilmiş və borclunun adına daşınar və daşınmaz əmlak eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar aşkar olunmamışdır. Elekrton icra informasiya sistemindən vətəndaşlar haqqında məlumat portalından çıxarışa əsasən Borclu ölkəni mütəmadi olaraq tərk edir. Həmin ölkəyə gedib gəlməklə sonuncunun oradan uzun müddət qayıtmayacağı və beləliklə də Şəmkir rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-2364/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(076)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-634/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədlərinin icrasından yayınacağı ehtimalı vardır. Belə olan halda məhkəmə qəraraları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda cavabdeh tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün cavabdehin ölkədən getmək müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiq hesab edilir. Odur ki, iş üzrə borclu xx.xx.1995-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılması xahiş edilmişdir. Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuruna və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu dinləyib, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2364/2021 saylı icra sənədinə əsasən cavabdeh Borclu 1650 (bir min altı yüz əlli) manat məbləğində pul alınıb ABC Telecom MMC-yə verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)- 2364/2021 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli, 238375/21-11 nömrəli bildirişdən görünür ki, borclu tələbin könüllü icrası haqqında bildirişi şəxsən imza etməklə qəbul etmiş, həmçinin bildirişdə borcluya icra sənədi üzrə tələbi icra etməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması izah edilmişdir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-325/2022 saylı icra sənədinə əsasən cavabdehlər Borclu, X2, X1 və X4 müştərək qaydada 3535.62 manat əsas borc, 694.94 manat faiz borcu, 133.94 manat cərimə borcu, cəmi 4364.50 manat məbləğində məhkəmə xərci qismində 0.40 qəpik manat xidmət haqqı və ödənilmiş 63.65 manat dövlət rüsumu tutularaq iddiaçı Unibank KB ASC-yə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 325/2022 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, 56515/2022-35-11-004 nömrəli bildirişdən görünür ki, borclu tələbin könüllü icrası haqqında bildirişi şəxsən imza etməklə qəbul etmiş, həmçinin bildirişdə borcluya icra sənədi üzrə tələbi icra etməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması izah edilmişdir. Təqdimata əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 634/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədinə əsasən cavabdeh Borclu 1400 manat və ödənilmiş dövlət rüsumuna görə 34 manat, cəmi 1434 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 634/2023 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli, 149173/2023-35-12-002 nömrəli bildirişdən görünür ki, borclu tələbin könüllü icrası haqqında bildirişi şəxsən imza etməklə qəbul etmiş, həmçinin bildirişdə borcluya icra sənədi üzrə tələbi icra etməsi, əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması izah edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə yuxarıda qeyd olunan icra sənədləri bir icraatda birləşdirilmişdir. Beləliklə, borcluya tələbin könüllü icrası haqqında bildirişlər göndərilməsinə, habelə müvafiq xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, icra sənədinin icrasından yayınaraq icradan boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2364/2021 saylı, xx.xx.2021-ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2-(076)-325/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-634/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ tələbkara olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-6/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-6/2024
08.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver