Məhkəmə qərarları › İş №8(076)-601/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-601/2024

16.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-601/2024 16.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2(076)-3800/2018 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2(076)-3800/2018 saylı icra sənədinə əsasən Borclu və qeyrisindən cəmi 993,36 ABŞ dolları pulun və 20 manat dövlət rüsumunun müştərək qaydada alınıb BOKT "xxxx" MMC-yə verilməsi əmr edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu icra sənədində göstərilən aliment borcunu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, borclunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2(076)-3800/2018 saylı icra sənədinə əsasən Borclu və qeyrisindən cəmi 993,36 ABŞ dolları pulun və 20 manat dövlət rüsumunun alınıb BOKT "xxxx" MMC-yə verilməsi əmr edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin məhkəmə əmri üzrə xx.xx.2018-ci il tarixdə icraata başlanılmışdır. İş materiallarında xx.xx.2018-ci il tarixli “tələbin könüllü icra edilməsi barədə bildiriş” olsa da, həmin bildirişin borcluya göndərilməsi, habelə bildirişin borclu tərəfindən əldə edilməsini təsdiq edən poçt qəbzi və ya hər hansı digər sənəd aşkar olunmamış, borcluya göndərilmiş xəbərdarlıq məktubu isə ümumiyyətlə mövcud olmamışdır. Bu hal isə onu deməyə əsas verir ki, məhkəmə əmri üzrə xx.xx.2018-ci il tarixdə icraata başlanılsa da, ötən 6 il müddətində icra məmuru bununla bağlı borcluya heç bir bildiriş və ya xəbərdarlıq göndərməmişdir. Təqdimata xəbərnamənin adi kserosurəti əlavə edilsə də, həmin xəbərnamə borclu tərəfindən imzalanmamış, bu hal isə bildirişin borclu tərəfindən alınmamasını bir daha sübut etmişdir. Həmçinin, təqdimata əlavə olunmuş sənədlərdən icra məmuru tərəfindən ətraflı məcburi icra tədbirlərinin keçirilməsi, borclunun əmlakının axtarılması və digər məcburi icra tədbirlərinin həyata keçirilməsi müəyyən edilməmiş, onun adına banklarda və digər kredit təşkilatlarında pul və ya digər qiymətli vəsait olması araşdırılmamış, habelə borclunun vergi ödəyicisi olub-olmamasının müəyyən edilməsi üçün vergi orqanına sorğu verilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində məcburi icra tədbirlərinin ardıcıllıqla siyahısı verilmiş, həmin maddədə məcburi icra tədbirlərinin, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdən ibarət olması, habelə həmin Qanunun 84-1-ci maddəsində isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təsbit edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri icra məmuru üçün məcburi icra tədbirlərinin tətbiqi əsaslarını, icra tədbirlərinin siyahısını müəyyən etmişdir. İcra məmuru hazırki icra sənədinin icrası zamanı Qanunun 44.2-ci və 84-1.1-ci maddələrinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş bildirişin borclu tərəfindən alınıb-alınmamasını yoxlamadan, buna dair təsdiq edici sənəd əldə etmədən, o cümlədən borclunun əmlakının olub-olmaması kifayət qədər araşdırılmadan qeyd olunan normaların tələblərini pozaraq əsas yaranmadan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat vermişdir. Beləliklə, məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43, 44 və 84-1-ci maddələrinin tələbləri baxımından nəzərdən keçirərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair hazırki təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268-ci maddələrini və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2(076)-3800/2018 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar