Məhkəmə qərarları › İş №8(076)-614/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-614/2024

24.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-614/2024 24.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Borclu iştirakı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1419/2024 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1419/2024 saylı icra sənədinə əsasən Borclu 1648.71 manat məbləğində pul vəsiti və 36.89 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu icra sənədində göstərilən borcunu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1419/2024 saylı icra sənədinə əsasən Borclu 1648.71 manat məbləğində pul vəsiti və 36.89 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bununla belə borclu üzərinə düşən borc öhdəliyini tam şəkildə ödəmişdir. Belə olan halda hazırki təqdimatın təmin edilməsinə zərurət aradan qalxmışdır. Odur ki təqdimat üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclası zamanı Borclu izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1419/2024 saylı icra sənədinə əsasən öz üzərinə düşən hərkətləri yerinə yetirmişdir, odur ki icra məmurunun təqdimatının rədd edilməsini xahiş etdi. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1419/2024 saylı icra sənədinə əsasən Borclu 1648.71 manat məbləğində pul vəsiti və 36.89 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan tələbkar "xxxx" KB ASC tərəfindən verilmiş məktubdan görünür ki, Borclu Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1419/2024 saylı icra sənədi üzrə öhdəliyini yerinə yetirmiş və tələbkar onun barəsində işin icraatına xitam verilməsini xahiş etmişdir. Odur ki məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbiri kimi təsbit edildiyindən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istisna edilir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Borclu Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1419/2024 saylı icra sənədi üzrə öhdəliyini yerinə yetirmiş və tələbkar onun barəsində işin icraatına xitam verilməsini xahiş etmişdir. Bununla da borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət aradan qalxmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması kimi məcburi icra tədbirinin tətbiqinə əsas ola biləcək hallar mövcud deyildir. Bu baxımdan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması kimi məcburi icra tədbirinin tətbiqinə zərurət olmadığı müəyyən olunur. Odur ki, məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət aradan qalxdığından, bununla bağlı icra məmurunun təqdimatı təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPN-nin 263, 264 və 266-268-ci maddələrini və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1419/2024 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət aradan qalxdığından Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar