Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-616/2024 24.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-288/2021 saylı icra sənədinə əsasən borclu "xxxx" ASC-dən 18.446,56 manat ödənilməmiş zərərə görə ödənc pulunun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi borclu "xxxx" ASC-nin tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını göstərib, ona məxsus olan, Şəmkir rayonu, Könüllü kəndi, Bakı-Qazax avtomobil yolunun 387-ci km-də yerləşən ********** qeydiyyat nömrəli, **********75-12301 reyestr nömrəli, ümumi sahəsi 13.808,80 ha olan əmlak kompleksi kimi müəssisənin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş, Şəmkir Rayon Məhkəməsinin 25 iyul 2022–ci il tarixli 8(076)-295/2022 saylı qərardadı ilə həmin təqdimat təmin edilərək borclu "xxxx" ASC-nin mülkiyyətində olan Şəmkir rayonu, Könüllü kəndi, Bakı-Qazax avtomobil yolunun 387-ci km-də yerləşən ********** qeydiyyat nömrəli, **********75-12301 reyestr nömrəli, ümumi sahəsi 13.808,80 ha olan əmlak kompleksi kimi müəssisənin üzərinə həbs qoyulmuşdur. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəməyə borclunun əmlakının həbsdən azad edilməsi barədə təqdimat verərək göstərmişdir ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-288/2021 saylı icra sənədinin icrası ilə bağlı zərurət aradan qalxmışdır. Bu səbəbdən borclunun mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, borclunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və Tələbkar tərəfindən Şəmkir rayon İcra və Probasiya Şöbəsinə yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, borclu "xxxx" ASC ona olan borcunu tam şəkildə ödəmişdir. Bu səbəbdən Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-288/2021 saylı icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclu "xxxx" ASC-nin mülkiyyətində olan Şəmkir rayonu, Könüllü kəndi, Bakı-Qazax avtomobil yolunun 387-ci km-də yerləşən ********** qeydiyyat nömrəli, **********75-12301 reyestr nömrəli, ümumi sahəsi 13.808,80 ha olan əmlak kompleksi kimi müəssisə həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu "xxxx" ASC-nin mülkiyyətində olan Şəmkir rayonu, Könüllü kəndi, Bakı-Qazax avtomobil yolunun 387-ci km-də yerləşən ********** qeydiyyat nömrəli, **********75-12301 reyestr nömrəli, ümumi sahəsi 13.808,80 ha olan əmlak kompleksi kimi müəssisə həbsdən azad edilsin. Qərardadın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(076)-616/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-616/2024
24.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver