Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-642/2024 25.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X14 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: X5 Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X8 iştirakı ilə X1 Şəmkir Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(076)-1465/2024 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(076)-1465/2024 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X6 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2022–ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh X4 cəmi 3.018,89 manat məbləğində pulun, 50,25 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınıb iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda ərizəçi X7 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin 30 aprel 2024-cü il tarixli, 2(076)-1465/2024 saylı qətnaməsi üzrə borcunu hissə-hissə ödənilməsi, yəni borcun əmək haqqısının 20 faizi tutulmaqla ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 30 aprel 2024cü il tarixli, 2(076)-1465/2024 saylı icra sənədi borcun ödənilməsi məqsədilə iş yeri olan X13 Şirkətinin mühasibatlığına göndərilmiş və əmək haqqının 50 faizinin tutulması tələb edilmişdir. Lakin o, 1.200 manat əmək haqqı alır, Sumqayıt şəhərində kirayədə yaşamaqla, ayda 300 manat kirayə ödəyir, həmçinin anası xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə onnu müalicələrinə vəsait xərcləyir. Onun əmək haqqından 50 faiz tutulması maddi vəziyyətini olduqca ağırlaşdırır. Bu səbəbdən əmək haqqının 20 faizin tutulmasını istəyir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(076)- 1465/2024 saylı qətnaməsi üzrə borcunu hissə-hissə ödənilməsi, yəni borcun əmək haqqısının 20 faizi tutulmaqla ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X7 ərizənin dəlillərini müdafiə edərək göstərdi ki, ailənin yeganə qazanc gətirənidir. Belə ki, atası rəhmətə getmiş, anası xərçəng xəstəliyindən əziyyət çəkir, qardaşı isə veteran olduğundan heç yerdə işləmir. Anasının müalicəsinə və əməliyyatına kifayət xədər pul xərcləmişdir. Həmçinin, Sumqayıt şəhərində kirayədə yaşayır. Özü 1.200 manat əmək haqqı alır ki, onun da 50 faizinin kredit borcuna tutulması onu əlverişsiz vəziyyətə salır, maddi şəraitini çətinləşdirir. Belə ki, onun əmək haqqısından əlavə gəliri yoxdur. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(076)- 1465/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və surəti tərəflərə göndərilmişdir. Bundan sonra icra hərəkətləri həyata keçirilmişdir. Lakin görülmüş icra tədbirləri nəticəsində borclu kredit borcunu ödəməmiş, elektron sistemdə axtarış zamanı onun rəsmi iş yerinin olması müəyyən edilmişdir. Bundan sonra borcun ödənilməsi Abbas Əmiraslanovun əmək haqqına yönəldilmişdir. Lakin ötən müddət ərzində cəmi 1 ay əmək haqqından tutulma aparılmış, qalan borc isə hazırki vaxta qədər ödənilməmişdir. Odur ki, ərizə üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və icra məmurunun izahatını, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmazsa və bunun nəticəsində borclunun borcunu birdəfəyə ödəməyə maddi imkanı olmazsa, o halda məhkəmə qətnamənin hissəhissə icrası məsələsinə baxa bilər. Hazırki vəziyyətdə isə borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakının olmaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Eləcə də, məhkəmə iclası zamanı ilə müəyyən edilmişdir ki, məhkəmənin müvafiq qətnaməsi ilə borcludan cəmi 3.018,89 manat məbləğində pulun, 50,25 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınıb iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra icra hərəkətləri həyata keçirlmiş və 2024-cü ilin iyul ayında icra sənədi üzrə mövcud borc borclunun əmək haqqısına yönəldilmişdir. Lakin cəmi 1 ay borclunun əmək haqqından tutulma aparılmış, qalan borc isə ödənilməmişdir. Məhkəmə, borclunun 1.200 manat əmək haqqı almasını diqqətdə saxlayaraq hesab edir ki, qeyd olunan borc məbləğinin hər ay hisssə-hissə, yəni borcun borclunun əmək haqqısının 20 faizi tutulmaqla ödənilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Bu hal isə tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, X2 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 Şəmkir Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(076)-1465/2024 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X16
Məhkəmə qərarları › İş №8(076)-642/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-642/2024
25.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver